Azərbaycanın
dinlərarası dialoqun mərkəzinə
çevrilməsi böyük ümidlər
doğurur
Bakıda dünya dini liderlərinin sammiti keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış
mərasimində iştirak
etmişdir
Aprelin 26-da "Gülüstan"
sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış
mərasimində iştirak
etmişlər.
Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi
dünya dinlərini təmsil edən 200-dən
çox yüksək
səviyyəli nümayəndə
iştirak edir.
Həmçinin bu mötəbər
tədbirə 14 nüfuzlu
beynəlxalq təşkilatın,
eləcə də Rusiya Federasiyasının
11 subyektinin dini rəhbərləri və
nümayəndələri də
qatılmışlar.
Sammitin iştirakçıları
əvvəlcə rəsmi
foto çəkdirdilər.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
PAŞAZADƏ sammiti açaraq
dedi:
- Allahın adı ilə!
Zati-aliləri, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev!
Zati-müqəddəsləri,
patriarx həzrətləri!
Möhtərəm din xadimləri!
Əziz sammit iştirakçıları!
Çox hörmətli Mehriban xanım!
Uca Yaradanımızın
adı ilə dünya dini
liderlərinin Bakı sammitini
açıq elan edib,
zati-müqəddəsləri patriarxları, müfti
həzrətlərini, dini-mənəvi rəhbərləri, dəyərli
qonaqları bu tarixi tədbirdə
səmimi-qəlbdən salamlayıram. Qoy Uca Yaradan bugünkü
qardaşlıq məclisimizə uğur bəxş
etsin.
Dinlərarası
dialoqa dair mühüm əhəmiyyətli tədbirin
Bakıda baş tutması şübhəsiz
ki, Azərbaycanın müstəqillik
tarixində olduqca dəyərli və unudulmaz bir hadisədir. Belə
bir mühüm tədbirin
Bakıda keçirilməsi Azərbaycan xalqına və
dövlətimizin başçısına beynəlxalq aləmdə
hörmət və etimadın ifadəsidir. Belə bir möhtəşəm tədbirin Azərbaycanda
keçirilməsi ideyasına vaxtilə ilk
xeyir-dua verən məhz ulu
öndərimiz Heydər Əliyev həzrətləri olmuşdur.
Məclisimizə
təşrif gətirmiş Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanı da
salamlayırıq.
Bu əhəmiyyətli
gündə sammitin
iştirakçıları Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev həzrətlərini dinləmək istərdi.
AzərTAc
Azərbaycan. - 2010.- 27 aprel. - S.1.