1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonradan vəfat
etmiş döyüşçülərin
dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1941-1945-ci illər
müharibəsində qələbənin
65-ci ildönümü ilə
əlaqədar qərara
alıram:
1. Böyük Vətən müharibəsi
iştirakçılarına 500 manat məbləğində,
Böyük Vətən
müharibəsində həlak
olmuş və ya sonradan vəfat
etmiş döyüşçülərin
dul arvadlarına,
1941-1945-ci illərdə arxa
cəbhədə fədakar
əməyinə görə
orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi illərində
döyüşən cəbhələrin
arxa hüdudları, yaxud döyüşən
donanmaların əməliyyat
zonaları daxilində
ordunun və donanmanın mənafeyi üçün tapşırıqları
yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə, İkinci
Dünya müharibəsi
dövründə
Leninqrad şəhərinin
müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə
Leninqrad mühasirəsinin
iştirakçılarına 200 manat məbləğində
birdəfəlik maddi yardım edilsin.
2. Bu sərəncamın 1-ci
bəndinin icrası məqsədilə:
2.1. Azərbaycan Respublikasının
2010-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan 8,0 (səkkiz) milyon manat vəsait ayrılsın;
2.2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
tapşırılsın ki,
həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımların müvafiq
şəxslərə çatdırılmasını
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 23 aprel.- S. 1.