Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu dedi. Azərbaycanın Pakistan ilə birgə fəaliyyət sahələrini genişləndirmək niyyətində olduğunu qeyd edən dövlət başçısı əməkdaşlıq əlaqələrini gücləndirmək üçün hərbi sahədə müdafiə sənayesində yaxşı imkanların olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Pakistanın İslam Konfransı Təşkilatında BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi zamanı səsvermədə ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Pakistan hökumətinin Ermənistanı tanımaması ilə bağlı tutduğu mövqeyə görə dost ölkənin rəhbərliyinə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Kəşmir məsələsi ilə bağlı Azərbaycan tərəfinin Pakistanın mövqeyini dəstəklədiyini bir daha vurğuladı.

Ölkəsinin Azərbaycan ilə əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda bir-birinin mövqelərini daim dəstəkləmələrinin önəmini qeyd etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu vurğulayan qonaq məhz bununla bağlı Pakistanın Ermənistanı tanımadığını qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23  aprel.- S.  1.