Avstriya Respublikasının Federal Prezidenti zati-aliləri cənab Haynts Fişerə

 

Hörmətli cənab Federal Prezident!

Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Avstriya əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, ölkələrimiz xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 aprel 2010-cu il

 

Azərbaycan.- 2010.-  27 aprel.- S.  3.