İzmirdə "Azərbaycanda
erməni zülmü
fotolarda" sərgisi
açılmışdır
İzmir Jurnalistlər Cəmiyyəti, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Azərbaycan Parlament Jurnalistləri Birliyinin birgə təşkil etdikləri "Azərbaycanda erməni zülmü fotolarda" mövzusunda sərginin açılışı olmuşdur.
Açılışda İzmirdə səfərdə olan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və İzmir şəhər bələdiyyəsinin sədri Əziz Kocaoğlu çıxış edərək iki qardaş ölkədə qondarma "erməni soyqırımı" təbliğatına qarşı aparılan işlərdən bəhs etmişlər. Onlar vurğulamışlar ki, XX əsrin ən dəhşətli qətliamını - Xocalı soyqırımını törədən ermənilərin dünyanın müxtəlif ölkələrində əsassız və çirkin iddialarına qarşı mübarizədə Türkiyə və Azərbaycanın qeyri-hökumət təşkilatları birgə hərəkət edirlər.
Sərginin açılışından sonra Azərbaycandan gəlmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər İzmir valisi Cahid Kıraç və bələdiyyə sədri Əziz Kocaoğlu ilə görüşdə iştirak etmişlər.
Azərbaycanlı qonaqlar İzmir Ticarət Palatası və Ege Bölgəsi Sənaye Palatasını da ziyarət etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 23
aprel.- S. 7.