MDB Dinlərarası
Şurası iclasının
və dünya dini liderləri sammitinin iştirakçılarının
şərəfinə
Aprelin 25-də MDB Dinlərarası Şurası iclasının və dünya dini liderləri Bakı sammitinin iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında şam yeməyi verilmişdir.
Jurnalistlərə qısa müsahibəsində Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu söyləmişdir. O demişdir ki, Azərbaycanın müstəqillik illərində tolerantlıq həmişə yüksək səviyyədə olmuşdur. Bu, ilk növbədə, dövlətimizin başçısının apardığı müdrik siyasətin nəticəsidir.
Aprelin 26-da Bakıda işə başlayacaq dünya dini liderlərinin ikigünlük sammitinin əhəmiyyətindən danışan patriarx Kirill, bu forumun dinlərarası əməkdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Qonaq demişdir ki, dövlətlərimiz müstəqilliklərini bərpa etdikdən sonra çoxları düşünürdü ki, dinlərarası dialoqa son qoyulmuşdur. Amma biz bu gün qardaşlıq münasibətlərini qoruyub saxlamaqla, ölkələrimizin rastlaşdığı problemlərin qarşısında eyni mövqedən çıxış edərək bir "dildə" danışa bilirik.
Müxtəlif dinlərdən olan insanları bir araya toplayan sammitin daim dinlərarası dialoqa və əməkdaşlığa can atan Azərbaycanda keçirilməsi isə çox əlamətdar hadisədir.
AzərTAc
Azərbaycan.- 2010.- 27 aprel.- S. 7.