Bakıda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası olmuşdur

 

Aprelin 26-da Bakıda, "Gülüstan" sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası olmuşdur.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin, digər ölkələrin din xadimləri, eləcə YUNESKO-nun regional nümayəndəsi Dendev Badarc iştirak etmişlər.

Moskva Bütün Rusiyanın patriarxı Kirill bildirmişdir ki, dini icmaların beynəlxalq təşkilatların fəaliyyətində rolu gündəmdə olan məsələlərdəndir. Patriarx Kirill dini icmaların beynəlxalq təskilatlarla daimi üçün xüsusi qrupun fəaliyyətinin vacibliyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, YUNESKO-nun kecmis baş direktoru Koişiro Matsuura da bu qurum yanında Din Xadimlərinin Məşvərət Qrupunun yaradılması istiqamətində mühüm səylər göstərmişdir. Qurumun yeni rəhbəri İrina Bokovanın təşəbbüsü ilə isə YUNESKO-da sülh mədəniyyətlərin dialoqu paneli yaradılmışdır. Bu təsisat din xadimlərindən ibarət qrupun YUNESKO ilə əməkdaşlığı üçün gözəl imkan ola bilər.

İclasda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun fəaliyyəti nizamnamasi ilə baglı təkliflər irəli sürülmüşdür. Bu təkliflər YUNESKO-nun nümayəndəsinə təqdim olunmuşdur.

Təkliflərə tez bir vaxtda YUNESKO-da baxılacaq onlara cavab veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  27 aprel.- S.  7.