Ermənilərin
soyqırımı iddiaları və tarixi həqiqətlər
Neçə onillikdir ki, daşnaklar 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı "soyqırımı" törədilməsi iddiası ilə beynəlxalq miqyasda geniş kampaniyaya başlamışlar. Özlərinin bu uydurmalarını birinci növbədə erməni-daşnak güruhunun lövbər saldığı Qərb ölkələrinin parlamentlərində belə tanıtmağa və qəbul etdirməyə çalışırlar.
Məlumdur ki, tarixi hadisə və olayları obyektiv, bitərəfanə elmi-məntiqi və hüquqi baxımdan araşdırmaq və qiymətləndirməyin əsas vasitələri dəqiq tarixi sənədlər, fakt və materiallarla yanaşı, həm də həmin dövrün mətbuatıdır. Göstərim ki, dövrün Qafqaz, Azərbaycan və hətta digər regionların mətbuatında bu barədə çox maraqlı, müxtəlif siyasi mövqelərdən yazılmış xeyli yazı vardır. Bunların da toplanması və nəşri əsl həqiqəti ortaya çıxarmaq üçün faydalı olardı. Məsələn, Tiflisdə gürcülərin rus dilində buraxdıqları gündəlik siyasi və ədəbi nəşr olan "Vozrojdenie" qəzeti (redaktor-naşiri: E.D.Qordeladze) 1918-ci ilin yanvarın əvvəlində "Ermənilərin yeni fəlakətli xətası" sərlövhəli iri bir analitik məqalə vermişdir. Bu mühüm yazını "Açıq söz" qəzeti rus dilindən tərcümə edərək özünün 1918-ci il 7 yanvar tarixli 648-ci nömrəsində dərc etmişdir. "Gürcü mətbuatı" rubrikası altında verilən həmin məqaləyə redaksiyanın təqdimat yazısında oxuyuruq: "Məlum olduğu üzrə, rus soldatlarının cəbhələri tərklə evlərinə qayıtmaları münasibətilə ermənilər həyəcana gələrək Türkiyə cəbhəsinin boşalması və türklərin Ermənistana yenidən malik olmalarının önünü almaq niyyəti ilə bütün silah daşımağa müstəyid olan ermənilərə səfərbərlik elan etmişlərdir və kəndi başlarına türk qoşunlarının qabağını saxlamaqdan aciz olduqlarını bilərək ümumi Qafqasiya millətlərini də köməyə çağırıyorlar.
Bu münasibətlə "Vozrojdenie" nam gürcü qəzetəsi "Ermənilərin yeni fəlakətli xətası" ünvanı ilə bir məqalə yazaraq erməni millətinin bu müharibədə tutduğu və sənəiyyəti birinci və imdiki vəziyyətlər, yəni, ikinci böyük xəta ədd ediyor".
Bu məqaləni "Hümmət" qəzeti "Açıq söz"dən götürərək 3 gün sonra - 1918-ci il 10 yanvar tarixli 26-cı nömrəsində eynilə dərc etmişdir.
Bundan əlavə, "Hümmət" qəzetinin 1918-ci il 13 iyun tarixli nömrəsində "Türkiyədə ermənilər" sərlövhəli digər bir maraqlı yazı da dərc olunmuşdur. Hər iki yazıda bir çox mətləblərə işıq salınır. Onları oxuculara təqdim edirəm.
Ermənilərin yeni fəlakətli
xətası
Bu ünvan ilə "Vozrojdenie" qəzetəsi yazan məqaləni "Açıq söz" tərcümə ediyor. Bu məqaləni biz eynilə qəzetəmizdə çap etməyi lazım bildik:
Avropa müharibəsi ibtidasında hələ Rusiya dövləti Türkiyə ilə hali hərbidə olmayan zaman erməni millətinin başçıları bir fəlakətli xəta işlədilər. Qraf Vorontsov-Daşkov ilə vəzir Sazanovun şirin nitqlərinə və vədələrinə aldanaraq onlar Türkiyəyə elani-hərb etdilər və erməni könüllüləri Türkiyə torpağına soxuldular.
O vaxt biz bir sıra məqaləmizdə erməniləri belə xətalı iqdamətdən sakındırmaya çalışaraq xırda bir millət üçün böylə təcavüzkaranə hərəkətin həlakətli olduğunu isbat, bir qədər durbin olmalarını tövsiyə etdik və milli təəssüb alovlandıran başçılar əleyhinə çıxdıq. Fəqət tövsiyələrimiz hədər olub daha da bizdən acıqlandılar və erməni qəzetlərində üzümüzə "haya gerel" (erməni yeyən) ləqəbi qazandıq. Bizim ən müqəddəs hissimiz təhqir edildi. Zira səmimiyyətimiz ədavət təlqi edildi və xeyirxahlığımız bütün məzlum erməni milləti haqqında provokasiya kibi göstərildi.
Fəqət tarix öz sözünü söylədi. Bir az keçmədi Rusiya Türkiyəyə elani-hərb etdi və xariciyyə vəziri Sazanov Ğ. Duma kürsüsündən ermənilər namindən də rəsmi surətdə Türkiyəyə dava elan və erməniləri Rusiyaya müttəfiq hesab etdi. Bununla da Türkiyədəki erməni millətinə iti bir bıçaq vurdu. Fəqət bu işlərin həpsi erməni başçılarının izzəti-nəfsini oxşadı və onlar artıq müzəffəriyyət şadlığı etdilər. Məlum olduğu üzrə, Rusiya ermənilərinin ağılsız siyasəti nəticəsində Ermənistan əzildi, məhv oldu. Vorontsovların "Rusiyaya ermənilərsiz Ermənistan lazımdır" siyasəti tamamilə əmələ gəldi. Türk-rus qoşunları erməniləri vurub doğma yurdlarından qovdular.
Erməni başçıları çar bürokratlarının hiyləgər siyasətinə aldandılar və kor-koranə iş görərək özlərinin hiyləgər rus siyasətinə alət edildiklərini görmədilər.
Lehistan, Litva, Belarusiya dəxi dava meydanı olaraq Qafqasiya səfəri kibi degil, daha müdhiş vuruşmalar oldu. Fəqət Lehistan, Litva və Belarusiya səlamət qaldılar. Bəs nə üçün Ermənistan məhv oldu?
Hamının etiraf etdiyi üzrə, dava edən millətlərdən heç birisi türk əsgərləri qədər alicənabanə dava etmiyor. Bununla bərabər, Ermənistan məhv oldusa, səbəbi budur ki, süni surətdə gilyotin (boyun vuran makina) altına salınmışdı. Polyaklar nə Rusiyaya xəyanət etdilər, nə Almaniyaya. Onlar heç dövlətə elani-hərb etməyərək gücsüzlügünü etirafla mümkün olan qədər bitərəf qaldılar. Fəqət kiçik Ermənistan təcavüzkaranə siyasət yürüdərək hərbi bir dövlət kimi müttəfiqlər sırasına girdi. Bizə məlumdur ki, Türkiyə erməniləri öz vətənləri olan Türkiyəyə əsla xəyanət etməyib bitərəf qalmaq istiyorlardı.
Fəqət Rusiya erməniləri onların əvəzinə dövlətlərinə xəyanətə qol çəkməyə tələsdilər. Belə ağılsız siyasətin nə qədər müdhiş nəticə verdigini müfəssəl yazmayacağız. Fəqət bu fəlakətdən dəxi onlar ibrət almadılar.
İndi biz yenidən səsimizi ucaltmalıyız, biz kənardan daha yaxşı görüyoruz, indi erməni başçıları yeni bir xəta işləyirlər.
Rusiya Türkiyə ilə barışır. Rus qoşunları cəbhədən gedirlər. Ümum-Qafqasiya millətləri müharibənin qurtarmasını arzu ediyorlar. Ermənilər isə yenə müstəqilən Türkiyə ilə müharibəni davam etdirmək istiyorlar. Onlar səfərbərlik elan etmişlər. Rus qoşunu tərəfindən tərk edilmiş Türkiyə cəbhəsini müdafiəyə hazırlaşıyorlar. Bitmək üzrə olan Rusiya-Türkiyə müharibəsi əvəzinə Türkiyə-erməni müharibəsi başlanır. Vorontsovlar ilə Sazanovlar rolunu indi də İngiltərə diplomatları ifa ediyor və ermənilər yeni macəraçılıq yoluna düşüyorlar!
Səmimi olalım!
Ermənilər nəyə xatircəm ola bilərlər? İngilislərin kömək vermələri xəyaldır. Onlar öz mənafeləri üçün ermənilərdən istifadə edəcək və özləri üçün əlverişli dəqiqə hal edincə erməniləri öz müqəddəratlarına buraxacaqlardır. Ola bilər ki, ermənilər öz qoşunlarının köməginə ümid bağlıyorlar. Hazırda Rusiya hökuməti başında duran Lenin erməniləri az düşünür. Rus soldatları heç vaxt Ermənistan, yaxud Rusiyanın sair bir qismi üçün müharibəni təzədən başlamaq istəməyəcəklərdir.
Türkiyə ilə mübarizədə Qafqasiya türk, dağıstanlı və gürcülərindən də kömək gözləmək ağılsızlıqdır. Səbəbləri də çoxdur və məlumdur. Gürcü demokratiyası müharibənin davamını istəmiyor. Heç dürlü macəraçılığa getməz. Bilaxassə ki, ermənilər Gürcüstanın xüsusi əyaləti olan ən yaxşı torpaqlarını əllərinə almağa çalışır. Gürcülər həqqində əski siyasətlərini davam etdiriyor və etirasiyyati-milliyyəni alovlandırıyorlar.
Aşkardır ki, bu yeni müharibədə ermənilər tək qalacaqlar və ancaq öz qüvvələrinə xatircəm olmalıdırlar. Bu qüvvənin isə azlığı və müharibəyə hazır olmadığı ermənilərin özlərinə bizdən yaxşı məlumdur.
Vaxtdır ki, öz millətlərinin müqəddəratına daha ayıq gözlə baxaraq onu qabaqcadan itlafa məruz olan məqsədsiz fəlakətlərə salmasınlar. Vəqtdir ki, hərbcuyanə siyasətin yaxşı nəticə verməyəcəgi və hamı ilə dava etmək mümkün olmadığı dərk edilsin. Böylə siyasət erməniləri dəhşətli bir hala saldı, Ermənistanı məhv etdi. İndi isə ermənilərin istiqbalını da puç edə bilər. Böylə müdhiş bir vəziyyətdən çıxmaq üçün ancaq bir çarə var:
Ümumi siyasət kursunu əsasından dəyişmək, hərbcuyanəliyi sülhcuyanə siyasətə mübəddəl etmək və hər şeydən qabaq, yaxın qonşu millətlərlə əl-ələ getmək lazımdır.
Bu yazını oxumaq ağırdır. Fəqət mərdanəliklə acı həqiqəti dinləməlidir.
"Açıq söz" qəzeti
7 yanvar 1918-ci il, ¹648
Türkiyədə ermənilər
Erməni
sülh vəkillərinin sədri Xatisov Batumda bir yerli doktor
Andronik ilə görüşüb, Türkiyədə
yaşayan ermənilər halını öyrənməyə
çalışıb. Doktordan böylə cavab alıb: "Hal-hazırda
Türkiyə qoşunları arasında külli miqdarda erməni
əsgərləri vardır. Sivasda olan Vehib
paşa ərkani hərbində 48 nəfər erməni zabiti
vardır. Batumda dəxi 24 nəfər erməni
zabiti vardır ki, ərkani hərbidə iştirak edirlər.
Vehib paşa Sivasda olan erməni əsgərlərinə
müraciət edərək demişdir ki, ermənilərdən
hər birisi ki Qafqaz cəbhəsinə getməyə qəlbən
razı degildir, onun ixtiyarı vardır ki, məzkur cəbhəyə
getməsin. Erməni zabitlərindən
ikisi imtina edərək, yerdə qalanı razı
olmuşlardır.
Türkiyədə
ermənilər çoxdur. Mən doktor Andronik
axırıncı vaxtlarda
Türkiyənin
əksər yerlərində köçmüş erməniləri
və müxəlləfatını türklər özləri
mühafizə ediyorlar. Zira türklər ermənilərin yenə
də qayıdıb öz yerlərinə gəlmələrinə
inanırlar.
İstanbuldan
isə erməniləri heç də
köçürmüyüblər. Türkiyə
parlamanında bu saət 12 nəfər erməni məbusları
iştirak ediyor.
Hökumət umuratında
xidmətdə bulunan məsuliyyətli vəzifələrə
malik olan erməni qulluqçuları da az
degildir. Məsələn, parlamanın maliyyə
komitəsində sədri-əzəmi P.Xələcyandır
ki, istər daxildə, istərsə də xaricdə dövlət
üçün istiqrar istəmişlər. Sabiq ümuri xariciyyə vəziri Ğ.Nurəsiryan
da əcnəbi ölkəsindən qayıdıb gəlmişdir.
Kürdlər
tərəfindən əsir edilmiş erməniləri buraxmaq
üçün kürdlərə çoxlu mükafat verilməsi
xəbəri ermənilərin halını bir qədər
çətinləşdirmiş. Zira kürdlər
saxladıqları erməni əsirlərinin əvəzində
çoxlu pul ala biləcəklərinə arxayın olaraq
biçarə əsirləri hələ də
buraxmıyorlar. Barışıq olandan sonra Türkiyədə
qalmış ermənilər xüsusunda müfəssəl məlumat
dərdəst etmək mümkün ola biləcəkdir.
V.M.
"Hümmət" qəzeti
13 iyun 1918-ci il, ¹ 89
Şirməmməd HÜSEYNOV,
professor
Azərbaycan.- 2010.- 23
aprel.- S. 6.