Fransa-Azərbaycan münasibətlərinin cari vəziyyəti müzakirə olunmuşdur

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir E.Məmmədyarov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Kontinental Avropa Qafqaz İdarəsinin rəisi Roland Qalaraq ilə görüşmüşdür. Görüş zamanı tərəflər Fransa-Azərbaycan münasibətlərinin cari vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, regionda ölkəmizdə gerçəkləşdirilən layihələr bu layihələrdə Fransanın iştirakı, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.

 

 

Azərbaycan.- 2010.- 27  aprel.- S.  8.