Moskvada "Bakıçılıq" "Canalı üzərində Ay" kitabları çapdan çıxmışdır

 

Moskvanın "Vozrojdeniye" nəşriyyatında tanınmış Azərbaycan yazıçı publisisti Fərhad Ağamalıyevin iki kitabı çapdan çıxmışdır.

"Bakıçılıq" ("Bakinstvo") kitabında rəssam Dmitri Korotçenkonun rəsmləri ilə illüstrasiya olunmuş 15 esse toplanmışdır. Həmin esselər 2007-ci ildən Moskvada çıxan "Bakı" jurnalında dərc edilmişdir. "Bakıçılıq" kitabı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyevanın köməyi xoş məramı sayəsində ərsəyə gəlmişdir. Müəllif Azərbaycan mədəniyyətinin Rusiyada təbliğinə göstərdiyi dəstəyə görə ona dərin təşəkkürünü bildirmişdir.

Kitabda XX əsrin ortalarında Bakı bakılılar haqqında bədii-publisistik janrda, nostalji ruhunda yazılmış esselər daxildir. Müəllif Bakının Mirzə Fətəli küçəsində keçmiş uşaqlıq illərini xatırlayır, o dövrün rəssamlarından musiqiçilərindən, köhnə faytonlardan, çayxanalardan s. söhbət açır.

Digər kitab "Canalı üzərində Ay" ("Luna nad Djanali") adlanır. Canalı İsmayıllı rayonunda dağdır. Azərbaycanın qədim bölgəsi İsmayıllı haqqında bu sənədli-publisistik kitabda İsmayıllının tarixindən əhəmiyyətli məqamlardan, sənətkarlar, ənənələr bu ənənələri davam etdirən insanlardan danışılır. Nəşrdə qədim Lahıc məşhur kəlağayının vətəni Basqal barədə böyük məhəbbətlə söhbət açılır. Kitabda Lahıc misgərləri, bu gözəl diyarın bənzərsiz təbiəti, ümumiyyətlə, həm Rusiya, həm Azərbaycan oxucusunun maraqla qarşılaşdığı məlumatlar yer almışdır.

Fərhad Ağamalıyev tanınmış Azərbaycan yazıçısı, publisisti, jurnalisti, dramaturqu rejissorudur. Uzun illər Moskvada yaşasa da, vətəni ilə əlaqələri qırmamışdır, yaradıcılığının böyük hissəsi Azərbaycanla əlaqədardır. Hazırda "Azərbaycan konqresi" qəzetinin diaspor şöbəsinin redaktorudur. Soydaşlarımızın yaşadığı işlədiyi Rusiya regionlarında tez-tez olur.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  2.