Müəllif Hüquqları
Agentliyində qeydiyyatdan
keçmiş 8 minə
yaxın əsərin
elektron məlumat bazası yaradılmışdır
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bildirmişdir ki, qurumda folklor nümunələrindən ibarət xüsusi qorunan, rəqəmli multimedia kitabxanası yaradılmışdır. Burada yalnız musiqi janrı üzrə 300-ə yaxın folklor nümunəsi yerləşdirilmişdir. Ümumilikdə agentlikdə qeydiyyatdan keçmiş 8 minə yaxın əsərin elektron məlumat bazası yaradılmışdır.
Hazırda rəqəmli qeydiyyat sisteminin "on-line" rejim
variantı hazırlanır. Həmçinin agentliyin elektron saytı yeniləşdirilmiş
və müasirləşdirilmişdir.
AzərTAc
Azərbaycan.-
2010.- 27 aprel.- S. 9.