ABŞ-ın Massaçusets
ştatı Xocalı
qırğınını tanımışdır
Bu il fevralın 25-də ABŞ-ın Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı qırğınını tanımış və müvafiq sənəd qəbul etmişdir.
Palatanın sədri Robert de Leo
tərəfindən imzalanmış
sənəddə deyilir:
"Bu sənədlə
hamıya elan edilir ki, Massaçusets
ştatının Nümayəndələr
Palatası 18 il əvvəl Xocalı qırğını törədilməsi
faktını həqiqətən
tanıyır.
25 fevral
2010-cu il.
Ştatın palatası,
Massaçusets.
Robert de Leo,
Palatanın sədri".
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2010.- 27
aprel.- S. 11.