Azərbaycan ilə İndoneziya
arasında münasibətlərin inkişafı
üçün geniş potensial vardır
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə P.A.Vibovo Azərbaycan ilə İndoneziya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək regionda cərəyan edən proseslərlə maraqlanmışdır.
Nazir E.Məmmədyarov İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə təşəkkürünü bildirmiş və məsələnin həlli ilə əlaqədar aparılan danışıqlar prosesinin cari vəziyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.
Azərbaycan ilə İndoneziya arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu vurğulayan nazir E.Məmmədyarov hər iki ölkənin parlamentlərinin bu istiqamətdə fəaliyyətini vacib amil kimi qiymətləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 23
aprel.- S. 2.