Xarici İşlər Nazirliyində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.

Görüşdə B.Klimçuk Azərbaycanda Ukraynanın səfiri olmasından məmnunluğunu ifadə etmişdir. Səfir Azərbaycanda fəaliyyəti müddətində ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi inkişafı üçün çalışdığını, xüsusilə XİN-lə faydalı əməkdaşlıq etdiyini demişdir.

Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan diplomat fəaliyyətinə göstərilən diqqət dəstəyə görə minnətdarlığını bildirmişdir.

Nazir E.Məmmədyarov səfir B.Klimçuka xoş arzularını bildirmiş gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  2.