Xarici İşlər
Nazirliyində Ukraynanın
Azərbaycandakı səfiri
ilə görüş
olmuşdur
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.
Görüşdə B.Klimçuk Azərbaycanda Ukraynanın səfiri olmasından məmnunluğunu ifadə etmişdir. Səfir Azərbaycanda fəaliyyəti müddətində ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün çalışdığını, xüsusilə də XİN-lə faydalı əməkdaşlıq etdiyini demişdir.
Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan diplomat fəaliyyətinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirmişdir.
Nazir E.Məmmədyarov səfir B.Klimçuka xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 23
aprel.- S. 2.