Milli Məclisdə
görüş
Aprelin 22-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq hökumətinin Gənclər siyasəti və ictimai təşkilatlarla əlaqələr komitəsinin nümayəndə heyəti ilə görüşmüşdür. H.Rəcəbli Azərbaycanda həyata keçirilən gənclər siyasəti, dövlətin uşaq və gənclərə, gənc ailələrə göstərdiyi qayğı, parlamentin fəaliyyəti və qəbul olunmuş qanunlar barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, gənclər və gənclər təşkilatları arasında əməkdaşlıq, gənclərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi olduqca faydalıdır.
Nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburq hökumətinin Gənclər siyasəti və ictimai təşkilatlarla əlaqələr komitəsinin sədri Sergey Qrişin ətraflı məlumata görə minnətdarlıq etdi və bildirdi ki, səfərin məqsədi azərbaycanlı həmkarları ilə faydalı əməkdaşlığa dair fikir mübadiləsi aparmaqdır. O, Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətini, gənclərə, gənc ailələrə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə
Rusiya arasındakı
mehriban dostluq və qonşuluq münasibətləri, ikitərəfli
əlaqələrin inkişafında
gənclərin rolu, eləcə də hər iki ölkədə
həyata keçirilən
gənclər siyasəti,
uşaq və gənclərə, gənc
ailələrə
göstərilən dövlət
qayğısı və
digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 23 aprel.- S. 2.