Azərbaycan Prezidenti İlham Əliyev Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Azərbaycan ilə Stavropol vilayəti arasında əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu dedi. Dövlət başçısı keçiriləcək Azərbaycan-Stavropol biznes forumunun bu əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Stavropol vilayətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan qubernator Valeri Qayevski bildirdi ki, 150 nəfər iş adamından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi rəhbərlik etdiyi vilayətin ölkəmizə göstərdiyi marağın təzahürüdür. O dedi ki, başçılıq etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi Stavropol vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrinə dair perspektivləri müəyyənləşdirməkdən və bu istiqamətdə əməli addımlar atmaqdan ibarətdir.
AzərTAc
Azərbaycan.- 2010.- 28
aprel.- S. 1.