Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir.
Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamulla Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdə böyük inkişaf və tərəqqi proseslərinin onda yüksək təəssürat oyatdığını demişdir. Azərbaycan ilə yaxından tanış olmaq fürsəti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən qonaq dünya dini liderlərinin Bakı sammitinin əhəmiyyətini yüksək qiymətləndirmiş, sammitdə səslənən fikirlərin və ideyaların reallaşmasını arzulamışdır.
Dövlət başçısı
ölkələrimiz arasında
ikitərəfli münasibətləri
genişləndirməyin vacibliyini
vurğulamışdır. Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin inkişafı
üçün yaxşı
imkanların olduğunu
bildirən Prezident İlham Əliyev müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd
etmişdir. Dünya dini liderlərinin Bakı sammitinə toxunan dövlətimizin başçısı sammitin
yaxşı nəticələr
verəcəyinə inamını
ifadə etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 29
aprel.- S. 2.