Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 27-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi digər deputatlar ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin cari vəziyyəti perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, ölkələrimiz arasında bütün sahələrdə mövcud əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Azərbaycan ilə İran arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  28 aprel.- S.  2.