Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının üzvü
Sanq Dikin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Koreyanın Milli Assambleyasının üzvü Sanq Dikin Azərbaycana səfərinin uğurlu keçəcəyinə və əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir. Azərbaycanın Koreya ilə bundan sonra da fəal iqtisadi əlaqələr qurmasında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən müxtəlif layihələrdə Koreya şirkətlərinin iştirakından məmnunluğunu ifadə etmişdir.
Koreyanın Milli Assambleyasının üzvü
Sanq Dik Azərbaycanda son illər əldə edilən yüksək iqtisadi inkişafın ölkəsində maraqla izlənildiyini demişdir.
Qonaq Koreya şirkətlərinin
Azərbaycan iqtisadiyyatının
müxtəlif sahələrində
fəal iştirak etmək niyyətində olduğunu qeyd etmiş və əməkdaşlığımızın gələcəkdə daha
da inkişaf etdirilməsi üçün
geniş imkanların mövcudluğunu vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 29 aprel.- S. 2.