Ekoloji biliklərin təbliği sahəsində fəallığa görə "İki sahil" qəzeti mükafata layiq görülmüşdür

 

Məlumat verildiyi kimi, aprelin 7-dən 11-dək Azərbaycan Respublikası Təhsil, Ekologiya Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), İctimai Televiziya Radio Yayımları Şirkətinin dəstəyi "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə ekologiya təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi lV Beynəlxalq Layihə Olimpiadası keçirilmişdir.

Olimpiadanın məqsədi ekoloji problemlərin həlli ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə diqqət qayğı, həssas münasibət formalaşdırmaq, təbii, mədəni, tarixi sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaqdır.

2007-ci ildə ilk dəfə Azərbaycanda keçirilən bu olimpiadada dünyanın 17 ölkəsindən 70-ə yaxın şagird iştirak etmişdir. 2008-ci ildə 30 ölkədən 200-dək şagird təbiəti qorumaq uğrunda öz biliklərini sınamış, "kəşf" yeniliklərini təqdim edərək ətraf mühitin qorunması üçün ideya təkliflərini modelləri əsasında, əyani olaraq sərgi iştirakçılarına təqdim etmişlər. 2009-cu ildə olimpiadanın iştirakçı ölkələrinin sayı 31-ə çatmışdır. Bu il keçirilən olimpiadaya isə 33 ölkədən 300-dək iştirakçı qoşulmuşdur.

Qaliblərin təltif olunması mərasimində ekoloji biliklərin təbliği geniş yayılması işində fəal iştirakına görə "İki sahil" qəzeti mükafata layiq görülmüşdür.

Aprelin 26-da "Çağ" Öyrətim İşlətmələri Şirkəti Baş İdarəsinin rəisi, Ekoloji Cəmiyyətin sədri Arif Gömleksiz müşavir Ağarəsul Məmmədov "İki sahil" qəzeti redaksiyasının qonağı olmuşlar. Redaksiya ilə tanışlıqdan sonra qəzetin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşən A.Gömleksiz Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması naminə həyata keçirilən tədbirlərdən, ARDNŞ-in bu istiqamətdə göstərdiyi səylərdən razılığını ifadə etmişdir. Qonaq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan edilməsini bu diqqətin bariz nümunəsi kimi dəyərləndirmişdir.

Ekoloji maarifləndirmənin əhəmiyyətindən bəhs edən A.Gömleksiz belə tədbirlərin gənc nəslin fəallığının artırılmasına xüsusi önəm verdiyini bildirmişdir.

Qəzetin baş redaktoru V.Rəhimzadə mükafata görə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyinə minnətdarlığını ifadə edərək gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, şirkətin həyata keçirdiyi tədbirlərin mütəmadi işıqlandırılması üçün belə əməkdaşlıq hər baxımdan əhəmiyyətlidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  28 aprel.- S.  5.