Yeni Azərbaycan Partiyası ilə Koreyanın Böyük Millət Partiyası arasında anlaşma memorandumu imzalanmışdır
Koreya
Respublikasının iqtidarda olan Böyük Millət
Partiyası - "Hannara"nın dəvəti ilə bu
ölkədə səfərdə olan Yeni Azərbaycan
Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov
aprelin 28-də Koreya Milli Assambleyasının sədri Kim
Hyonq-o ilə görüşmüşdür. Azərbaycanın
Koreyadakı səfirliyindən bildirmişlər ki,
görüşdə bir çox sahələr üzrə
ikitərəfli əməkdaşlıq münasibətləri,
həmçinin iki ölkə parlamentləri arasında əlaqələrin
inkişafı məsələləri müzakirə
olunmuşdur.
Əli Əhmədov
Koreya Respublikası Milli Assambleyasında "Hannara"nın
deputat heyətinin sədri Ahn Sanq Soo ilə
görüşmüş, YAP və Böyük Millət
Partiyası "Hannara" arasında əməkdaşlıq
münasibətlərinə dair fikir mübadiləsi
aparmışdır. Sonda YAP ilə "Hannara" arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanmışdır.
Əli Əhmədov
Koreya-Azərbaycan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun sədri Suh Byonq-su və
işçi qrupun digər üzvləri ilə də görüşmüşdür.
Azərbaycan.- 2010.- 29
aprel.- S. 2.