Naxçıvan MR Ali Məclisinin sədri Türkiyəyə rəsmi səfər etmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə qardaş ölkəyə səfər etmişdir.

Ali Məclisin sədri onu müşayiət edən şəxslər Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin Ankaranın Batıkənt rayonundakı abidəsi önünə tər çiçəklər düzmüş, ulu öndərin adını daşıyan parkla tanış olmuşlar.

Sonra qonaqlar Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Anıtqəbir"dəki mavzoleyini ziyarət etmişlər. Vasif Talıbov Atatürkün məzarı önünə əklil qoymuş, fəxri qonaqlar üçün xatirə kitabını imzalamış, Atatürk Qurtuluş Savaşı Muzeyi ilə tanış olmuşdur.

Səfər çərçivəsində Vasif Talıbov Ankaradakı Doğramacı Əli Paşa məscidinə gəlmiş, Azərbaycanın böyük dostu, dünya şöhrətli alim İhsan Doğramacının məzarının önünə əklil qoymuş, mərhumun oğlu Əli Doğramacıya başsağlığı vermişdir.

Vasif Talıbov ölkəmizin Türkiyədəki səfirliyinə gəlmiş səfirliyin binası ilə tanış olmuşdur.

Naxçıvan MR Ali Məclisinin sədri səfər çərçivəsində Türkiyənin dövlət hökumət rəhbərləri ilə bir sıra görüşlər keçirmişdir.

Aprelin 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan MR Ali Məclisinin sədrini qəbul etmişdir. Türkiyə hökumətinin başçısı 2008-ci il iyunun 4-də Naxçıvana etdiyi səfəri məmnunluqla xatırlamışdır. Görüşdə Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Vasif Talıbov Türkiyənin dövlət naziri Hayati Yazıçı ilə görüşmüşdür. Türkiyəli nazir bildirmişdir ki, Naxçıvan ilə sərhəd qapısı türk dünyasının qapısı olacaqdır. Türkiyə hökuməti regional əməkdaşlığı gücləndirmək üçün 3 dövləti - Türkiyə, Azərbaycan İranı əhatə edəcək sərhəd qapısının yaradılması üzrə aparır.

Böyük Atatürkün "Naxçıvan türk dünyasının qapısıdır" sözlərini xatırladan Vasif Talıbov bildirmişdir ki, Azərbaycanın bu ayrılmaz hissəsinin türk dünyasına birləşdirilməsi istiqamətində ilk addımı 1992-ci il mayın 28-də ulu öndər Heydər Əliyev Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Sədərək məntəqəsində "Ümid körpüsü"nün açılışı ilə atmışlar. 2009-cu ildə bu sərhəd qapısından istifadə etməklə Türkiyədən Naxçıvana 251 min, əks istiqamətdə 255 min nəfər keçmişdir.

Həmin gün Naxçıvan MR Ali Məclisinin sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdən sonra Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, Türkiyə- Azərbaycan əlaqələrinin ən çox inkişaf etdiyi bölgələrdən biri Naxçıvandır. Naxçıvanın təhlükəsizliyi rifahı bizim təhlükəsizliyimiz rifahımızdır.

Bu torpaq bizim üçün əmanətdir Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz sürətlə inkişaf etmişdir. Vasif Talıbov ilə Naxçıvanın iqtisadi inkişafı, Türkiyənin bu inkişafa verəcəyi töhfələri müzakirə etdik. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, Naxçıvanla çiyin-çiyinə olmağa davam edəcəkdir. Tarix boyu taleyimiz , gələcəyimiz müştərəkdir. Hər bir naxçıvanlının da qəlbimizdə yeri vardır. Mədəni əlaqələri, xüsusilə tələbə mübadiləsi məsələlərini, Türk Hava Yollarının Naxçıvana uçuşlarının həyata keçirilməsini müzakirə etdik. İnşallah, tezliklə bizim yaxından iştirakımızla İstanbuldan Naxçıvana uçuş həyata keçiriləcəkdir. Biz, dəmir yolu, magistral yollar ilə Naxçıvanı Türkiyəyə daha sıx bağlayacağıq. Amma, ən güclü yol bizim aramızdakı könül bağlarıdır.

Əhməd Davudoğlu onu da vurğulamışdır ki, Qars müqaviləsinin keçərliliyi məsələsində heç bir şübhə yoxdur. Bu müqavilə istər beynəlxalq hüquq, istərsə Türkiyənin öhdəliyinə sadiqliyi baxımından möhkəmdir. Bu sənəddə mühüm maddələrdən biri olan Türkiyənin Naxçıvanın təminatçısı olması da çox açıqdır. Bu, beynəlxalq hüququn təsbit etdiyi kimi, Türkiyənin öhdəliyidir. Bu öhdəlik əbədiyyətə qədər davam edəcəkdir.

Türkiyəyə səfərə dəvətə görə təşəkkürünü bildirən Vasif Talıbov demişdir ki, bu gün aparılan müzakirələr onu deməyə əsas verir ki, tarixi, adəti, dili, dini ilə bir-birinə bağlı olan Azərbaycan-Türkiyə əlaqələri, habelə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Türkiyə ilə əməkdaşlığı bundan sonra da davam edəcək daha möhkəm təməllər üzərində inkişaf edəcəkdir. Bu gün danışıqlar zamanı müzakirə olunan məsələlər bu təməlin möhkəmləndirilməsi baxımından faydalı olmuşdur. Bu əlaqələr bizim tərəfimizdən daim inkişaf etdiriləcək möhkəmləndiriləcəkdir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun adından Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun şərəfinə rəsmi şam yeməyi təşkil olunmuşdur.

Aprelin 28-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğla görüşmüşdür.

Səfərin sonunda Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül Vasif Talıbovu qəbul etmişdir. Türkiyənin dövlət başçısı Naxçıvanda yüksək səviyyədə keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının görüşünü məmnunluqla xatırlamışdır.

Görüşdə Naxçıvan MR ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.-  29 aprel.- S.  5.