"Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda konfrans keçirilmişdir

 

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında inkişafındakı tarixi xidmətlərini vurğulamışdır.

Dahi rəhbər Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan rektor bu təcrübənin dərindən öyrənilməsinin zəruriliyini söyləmişdir.

Professor S.Qəndilov ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, ölkəmizdə qazanılan nailiyyətləri xatırlatmışdır.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyev milli dövlətçilik təlimi - azərbaycançılıq" mövzusunda məruzə etmişdir.

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın keçdiyi çətin şərəfli yoldan danışan Əli Həsənov demişdir ki, hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirmişdir. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb şərəfli missiyanı iradəli, geniş qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.

Şöbə müdiri demişdir ki, Heydər Əliyevin əməli nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnəkdir. Uzun illər öz dövlətçiliyindən milli mənəvi köklərindən ayrı salınmış, milli dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur.

Professor Əli Həsənov məruzəsində qeyd etmişdir ki, Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd məram ətrafında səfərbər edən milli təlim -azərbaycançılıq ideologiyasını da yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli mənəvi dəyərlərini qoruyub saxlayacaq yönəldəcək milli sistem ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli, bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı vaxtilə məhz onların birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü gələcəyi ilə bağlı olmalıdır. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycanın mürəkkəb taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xalqımızın firavan gələcəyinin təmin edilməsində Heydər Əliyevin müstəqil dövlət təliminin azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu dəfələrlə bəyan etmişdir. Dövlət başçısı Azərbaycan xalqının zamanın sınaqlarına sinə gərərək müasir dünya xalqları sırasında layiqli yer tutmasını öz dili mədəniyyətini qoruması, milli mənəvi dəyərlərinə arxalanması ilə sıx bağlı olduğunu qeyd edir. Buna görə bu gün elm mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir.

Konfransda professor Ədalət Muradovun "Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyası", professor Bəhram Zahidovun "Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasətinin əsas istiqamətləri", fəlsəfə doktoru Eldar Aslanov "Heydər Əliyev Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar" mövzularında məruzələri dinlənilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 aprel.- S.  5.