Ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında
saziş imzalanmışdır
Aprelin 28-də Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası Stavropol vilayəti hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Sənədi Azərbaycan Baş nazirinin müavini Əli Həsənov və Stavropol vilayətinin qubernatoru Valeri Qayevski imzalamışlar.
Tədbirdə Azərbaycan və Rusiyanı birləşdirən tarixi əlaqələr diqqətə çatdırılmış, imzalanan sazişin mövcud əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminlik vurğulanmışdır.
Mərasimin sonunda KİV nümayəndələrinin sualları
cavablandırılmışdır.
Azərbaycan.- 2010.- 29
aprel.- S. 5.