Bu gün Azərbaycanın bölgələrinə yatırılan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir

 

 Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna gəlmişdir.

Son illər Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu rayonun inkişafı ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur həmin işlər indi uğurla icra edilir.

Ötən il rayonda bir çox yeni layihələr həyata keçirilmiş, ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2 dəfə artaraq 125,3 milyon manata çatmışdır. Bu dövrdə sənaye məhsulunun həcmi 6,6 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 4,1 dəfə artmışdır. Rayonda sosial istehsal təyinatlı obyektlərin inşası aparılmış, təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq məktəb tikintisi davam etdirilmişdir. Son illərdə 2220 şagird yeri olan 13 yeni məktəb binası, 540 şagird yerlik 27 əlavə sinif otağı tikilmiş, 14 məktəbdə əsaslı təmir işləri aparılmışdır. 2003-2009-cu illərdə 9896-sı daimi olmaqla 12312 yeni yeri açılmışdır. Cari ilin birinci rübündə Salyanda sosial məsələlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, tikinti-quruculuq abadlıq işləri davam etdirilmişdir.

Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm ölkəmizin malik olduğu iqtisadi qüdrəti göstərir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir. Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin yenidən qurulması layihəsi bu qəbildəndir.

Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak etdi.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.

Azərbaycan Prezidentinin ölkədə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması işləri çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi Ələt-Astara avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən Nəqliyyat Nazirliyinin sifarişi ilə Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 9-31-ci kilometrlik mənzili yenidən qurulmuşdur. Layihəyə dair saziş Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 2006-cı ilin mayında imzalanmış Nazirlər Kabineti tərəfindən 2006-cı il iyulun 4-də təsdiq edilmiş kredit sazişi çərçivəsində maliyyələşdirilir. Kredit sazişinin dəyəri 265 milyon dollardır. Bu məbləğin 65 milyon dolları Azərbaycan hökumətinin payına düşür, 200 milyon dolları isə kredit şəklindədir.

Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2006-cı ilin dekabrında başlanmış yolun yenidən qurulan hissəsinin uzunluğu 22 kilometrdir. 1b texniki dərəcəli yolun eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4, hər bir zolağın eni isə 3,75 metrdir. Yolun 2 hərəkət hissəsi vardır. Ayırıcı zolağın eni isə 5 metrə çatır. Magistralın üzərində iki yolötürücü, Şirvan kanalı üzərində isə 54 metr uzunluğunda bir körpü inşa olunmuşdur. Yol boyu 4 düzbucaqlı boru, 36 dairəvi boru, 4 mal-qara keçidləri tikilmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi.

Prezident İlham ƏLİYEV yolun tikintisində çalışan inşaatçılarla söhbət edərək dedi:

- Təbrik edirəm, sizə gələcək işlərinizdə uğurlar arzulayıram! Yolun birinci hissəsi artıq istismara verilir, çox gözəl, keyfiyyətlə tikilibdir. Arzu edirəm, bu yol sərhədə qədər bu keyfiyyətlə bu sürətlə tezliklə tikilib istifadəyə verilsin ki, insanlarımız rahat yollardan istifadə edə bilsinlər. Bu yol bizim üçün çox vacibdir. Bütün yollar vacibdir. Amma bu yol həm iqtisadi inkişaf, həm nəqliyyatın daha da yaxşı səviyyədə tənzimlənməsi, qonşu İranla aramızda iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu yol Cənub istiqamətində yerləşən bütün rayonlarımızı Bakı ilə daha da yüksək keyfiyyətlə birləşdirir. Beləliklə, Cənub bölgəsində yaşayan bütün insanlar paytaxtla Azərbaycanın digər şəhərləri ilə daha da rahat əlaqə saxlaya biləcəklər. Yəni görülən bütün işlər bu məqsədləri güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, yaşamaq üçün əla, yaxşı şərait yaradılsın. Yol insanları narahat edən əsas məsələlərdən biridir. Son illər Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülübdür. Bütün istiqamətlərdə magistral yollar, şəhərlərarası yollar çəkilir. İndi kənd yollarına böyük diqqət göstəriləcəkdir ki, bütövlükdə Azərbaycanın bütün yol infrastrukturunun yaranması müasirləşməsi prosesi ən yüksək standartlar səviyyəsində təşkil edilsin.

Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Arzu edirəm ki, yaxın zamanlarda bu yolun qalan hissələrinin açılışını da birlikdə edək.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 aprel.- S. 1.