Prezident İlham Əliyev "Salyan" elektrik yarımstansiyasının açılışında iştirak etmişdir

 

 Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda elektrik yarımstansiyanın yüksəkgərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak etmişdir.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına həyata keçirilən inşaat işləri bu energetika qurğularının əhəmiyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, 220 330 kilovoltluq yüksəkgərginlikli hava xətlərinin inşasına 2006-cı ildə başlanmışdır. Beş hektar ərazidə yerləşən bu obyektin bünövrəsi Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. "Salyan" yarımstansiyası yüksəkgərginlikli hava xətləri Azərbaycan Prezidentinin təsdiq etdiyi 2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində inşa olunmuşdur. Başlıca məqsəd respublikamızın Cənub bölgəsinin elektrik enerjisi təchizatını həm kəmiyyət, həm keyfiyyətcə yaxşılaşdırmaq, həmçinin Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarını artırmaqdır.

Dövlətimizin başçısının Azərbaycanın inşaat sektorunda beynəlxalq səviyyəli layihələrə yerli iqtisadi qurumların geniş cəlb edilməsi barədə tövsiyə tapşırıqlarına uyğun olaraq "Salyan" yarımstansiyasının yüksəkgərginlikli hava xətlərinin inşasını "AZENKO" şirkəti həyata keçirmişdir.

Qeyd olundu ki, burada hər birinin gücü 125 meqavoltamper olan iki avtotransformator, 220 110 kilovoltluq paylayıcı qurğular, digər müasir qurğu avadanlıq quraşdırılmışdır. Müasir dizaynı ilə seçilən inzibati binada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Layihə çərçivəsində çəkilən yüksəkgərginlikli 330 220 kilovoltluq beş hava xəttinin ümumi uzunluğu 360 kilometrə qədərdir. "Salyan" yarımstansiyası yüksəkgərginlikli hava xətlərinin çəkilişi Azərbaycan ilə İran arasında enerji mübadiləsinin həcmini indiki 200 meqavatdan 700 meqavata çatdırmağa imkan verəcəkdir. Bundan başqa, burada inşaat-quraşdırma işlərinin başa çatması Rusiyadan İrana İrandan Rusiyaya da elektrik enerjisinin ötürülməsi üçün texniki imkanlar açacaqdır. Bu isə yaxın gələcəkdə üç dövlətin enerji sistemlərinin paralel işləməsinə zəmin yaradacaqdır.

Ərazidə geniş abadlıq yaşıllaşdırma işləri aparılmışdır.

Dövlətimizin başçısı stansiyanı işə saldı.

Bununla da Prezident İlham Əliyevin Salyan rayonuna səfəri başa çatdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 aprel.- S.2.