Biləsuvarda müasir konserv zavodu
işə salınmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvara səfəri çərçivəsində "Azərsun" Holdinqin "Natural Green Land" kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.
Məlumat
verildi ki, son illərdə Biləsuvarda da yeni müəssisə,
zavod və fabriklərin istifadəyə verilməsi davamlı
xarakter almışdır. Bu müəssisələrin istehsal
etdiyi məhsulların rəqabətə davamlı və
keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin
ixrac potensialının gücləndirilməsinə xidmət
edir. "Azərsun"
Holdinqin "
Sahələrdə əsasən
müxtəlif növ tərəvəz məhsulları
yetişdirilir. Bu sahələrdə yetirişdirilən məhsullar
konserv zavoduna ötürülür. Zavodun ümumi ərazisi
19 min kvadratmetrdir. Burada 600 nəfər işlə təmin
edilmişdir. Müəssisədə Türkiyə, Almaniya və
İtaliya istehsalı olan müasir avadanlıq
quraşdırılmışdır.
Bu il 99,6 hektar ərazidə
50 minə yaxın nar, 5,8 hektar ərazidə 3 minə
yaxın heyva ağacının əkilməsi
planlaşdırılmışdır. Əkin sahələrini
becərmək üçün müəssisə müasir
texnika ilə tam təmin olunmuşdur.
Müəssisənin inzibati
binasında ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin "Azərsun" Holdinqin müəssisələrində
olmasından bəhs edən fotolardan ibarət guşə
yaradılmışdır.
İstehsal sahələri ilə
Prezidentin diqqətinə
çatdırıldı ki, iş vaxtı əmək təhlükəsizliyi
məsələsinə də xüsusi önəm verilir və
bu məsələ daim diqqətdə saxlanılır. Müəssisədə
əsasən peşəkar kadrların işləməsinə
üstünlük verilir. Bundan başqa, xaricdən dəvət
olunan mütəxəssislər yerli kadrlara kurslar keçir.
Ümumilikdə, 31
çeşiddə tomat pastası, 45 çeşiddə
turşu, 20 çeşiddə yaşıl noxud, 5
çeşiddə qarnir və 9 çeşiddə müxtəlif
tərəvəz konservləri istehsal edilir. Burada istehsal edilən
məhsullar ekoloji saflığı və keyfiyyəti ilə
seçilir və onlara əlavə konservat qatılmır.
Zavodun laboratoriyalarındakı müasir avadanlıq məhsulun
keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Zavodun məhsulları
daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa
ölkələrinə ixrac edilir.
Prezident İlham Əliyev
müəssisənin əkin sahələrində yaradılan
şəraitlə
Dövlətimizin
başçısı müəssisədə istifadə
olunan müasir kənd təsərrüfatı texnikalarına
da baxdı.
Prezident İlham ƏLİYEV
müəssisənin kollektivi ilə görüşərək
dedi:
- Əziz dostlar, sizi bu
gözəl müəssisənin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Biləsuvar
konserv zavodu deyə bilərəm ki, Azərbaycanda son illər
ərzində bu sahədə yaradılan müəssisələrin
içərisində həm böyüklüyü ilə fərqlənir,
həm də ki, burada ən müasir avadanlıq
quraşdırılıbdır. Texnoloji proses də yüksək
səviyyədədir. Bu zavodun işə düşməsi Azərbaycanda
kənd təsərrüfatının, emal sənayesinin
inkişafı istiqamətində çox önəmli bir
addım olacaqdır.
Azərbaycanda kənd təsərrüfatının
inkişafı işinə çox böyük diqqət
göstərilir, böyük tədbirlər
görülür. Aqrolizinq, aqroservislər
yaradılıbdır, fermerlərə subsidiyalar verilir,
dövlət tərəfindən kreditlər ayrılır.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər
il 100 milyon manat dəyərində, ondan da çox həcmdə
kreditlər verilir və bu proses artıq bir neçə ildir
ki, davam edir. Bunun hesabına Azərbaycanın müxtəlif
bölgələrində yeni emal müəssisələri, sənaye
kompleksləri yaradılır. Bir sözlə, Azərbaycanın
uğurlu inkişafı, şaxələndirmə siyasətimiz,
əlbəttə, bizim üçün bu imkanları
yaradır ki, investorlar da böyük həvəslə
investisiyaları qoyurlar.
Biləsuvar konserv zavodunun fəaliyyəti
çoxşaxəlidir. Burada təkcə emal prosesindən
söhbət getmir, eyni zamanda əvvəllər yararsız vəziyyətdə
olan 3 min hektardan çox torpaqlar artıq istismara verilibdir.
Suvarma tədbirləri ən yüksək səviyyədə
keçirilir. Bu gün həm zavodun fəaliyyəti ilə
Ətraf rayonlarda istehsal
olunan ərzaq və kənd təsərrüfatı məhsulları
da bu zavoda təhvil veriləcək, beləliklə, fermerlər
bundan əlavə mənfəət götürəcəklər.
Biləsuvar rayonunun zəhmətkeşləri də, əminəm
ki, zavodun imkanlarından geniş istifadə edəcəklər.
Beləliklə, həm iş yerləri yaradılacaq, həm
zavodda, həm də tarlalarda işləyəcəklər.
Yerli istehsal güclənəcək, idxaldan
asılılığımız azalacaqdır. Dövlətə,
dövlət büdcəsinə daha da çox vergilər
daxil olunacaqdır. Azərbaycanın qeyri-neft sektorunun
inkişafı üçün daha da gözəl şərait
yaradılacaqdır. Bax, bu zavodun yaranmasının əhəmiyyəti
məhz bundadır.
Biz çox istəyirik ki,
ölkəmizin bütün bölgələri inkişaf
etsin. Bunu etmək üçün bütün tədbirlər
görülür. Yollar, elektrik stansiyaları,
qazlaşdırma, su xətləri - əgər bu infrastruktur
layihələri olmasaydı, Azərbaycanda bölgələrin
inkişafı ümumiyyətlə mümkün olmazdı.
Sahibkarlara verilən dəstək, yerli və xarici
investorların Azərbaycana həvəslə sərmayə
qoyması prosesinin gücləndirilməsi məsələləri
də həll olunur. Azərbaycanda investisiyalar
üçün bütün şərait vardır,
investisiyalar dövlət tərəfindən qorunur. Yerli
investisiyalar artıq bir neçə ildir ki, xarici
investisiyaları həcm baxımından üstələyir.
Keçən il Azərbaycana 10 milyard dollar dəyərində
sərmayə qoyulubdur. Biz istəyirik ki, bu sərmayənin əsas
hissəsi qeyri-neft sektoruna qoyulsun. Bu zavodun tikintisi həm
özəl sektorun fəaliyyəti nəticəsində, eyni
zamanda, dövlət tərəfindən görülən
işlər, kreditlər hesabına mümkün olmuşdur.
Mən şübhə etmirəm
ki, zavodun fəaliyyəti uğurlu olacaqdır. "Azərsun"
Holdinqin bugünə qədər gördüyü işlər,
onların hamısı uğurlu olmuşdur. Azərbaycanın
hərtərəfli inkişafı üçün
böyük investisiyalar qoyulmuşdur. Bu gün zavoda daxil olarkən,
asılan fotoşəkillərə baxarkən bir daha o əvvəlki
illərdə iştirak etdiyim açılışları
xatırladım. İmişli şəkər zavodunun tikintisi
demək olar ki, Azərbaycanda yeni sənayenin
başlanmasına gətirib çıxardı. Bu gün biz
artıq nəinki şəkəri idxal etmirik, ixrac edirik.
Xaçmaz rayonunda 2003-cü ildə, deyə bilərəm ki,
bu sahədə birinci böyük müasir müəssisə
yaradılmışdır - Qafqaz konserv zavodu. Ümid edirəm
ki, "Azərsun" Holdinq gələcəkdə Lənkəranda,
Biləsuvarda, Bakıda öz fəaliyyətini genişləndirəcəkdir.
Həm öz imkanlarını genişləndirəcək,
eyni zamanda, ölkəmizə qoyulan investisiyaların həcmi
artacaq, yeni iş yerləri, yeni sənaye müəssisələri,
yeni istehsal sahələri yaradılacaqdır. Biz
görürük ki, bir sahədə, bir istiqamətdə
atılan addım digər istiqamətləri də
stimullaşdırır. Zavodun fəaliyyəti nəticəsində
minlərlə hektar torpaq artıq yararlı vəziyyətə
gətirilib, kənd təsərrüfatı inkişaf edir,
fermerlər pul qazanır, zavod fəaliyyət göstərir və
Azərbaycan hərtərəfli inkişaf edir.
Mən zavodun işinə
çox yüksək qiymət verirəm. Arzu edirəm ki, Azərbaycanın
bütün sahibkarları doğma Vətənə sadiq
olsunlar. Arzu edirəm ki, Azərbaycan sahibkarları öz sərmayələrini
Azərbaycana qoysunlar. Azərbaycanda və xaricdə
qazanılan vəsaiti Azərbaycan iqtisadiyyatına qoysunlar ki,
ölkəmiz daha da sürətlə inkişaf etsin,
çiçəklənsin və iqtisadi inkişaf
baxımından dünyanın aparıcı ölkələri
sırasına daxil olsun. Bunu etmək üçün
bütün imkanlar vardır. Mən şübhə etmirəm
ki, vaxt gələcək və Azərbaycan, sözün əsl
mənasında, dünyanın inkişaf etmiş ölkələri
sırasına daxil ediləcəkdir. Bizim iqtisadi
imkanlarımız artır, maliyyə resurslarımız kifayət
qədərdir, iradə güclüdür, bütün
işləri görmək üçün texniki
imkanlarımız var, dövlət investisiya proqramı da
çox geniş və çoxşaxəlidir. Özəl
sektorun Azərbaycanın bugününə və gələcəyinə
böyük inamı vardır. Biz bütün bu amilləri cəmləşdirsək
görərik ki, Azərbaycanın uzunmüddətli uğurlu
inkişafı təmin ediləcəkdir.
Mən zavodun
açılışı münasibətilə sizin
hamınızı, rayon sakinlərini, zavod rəhbərliyini təbrik
edirəm. Arzu edirəm ki, bundan sonra da belə gözəl tədbirlərdə
biz sizinlə görüşək. Sağ olun.
* * *
"Azərsun" Holdinqin
prezidenti Əbdülbari GÖZƏL dövlətimizin
başçısına təşəkkürünü
bildirərək dedi:
- Möhtərəm cənab
Prezident. Bu ağır hava şəraitində zəhmət
çəkib təşrif buyurduğunuza görə "Azərsun"
Holdinqin kollektivi adından, öz adımdan Sizə təşəkkürümü
bildirirəm.
Cənab Prezident, icazə
verin, Sizə qısa məlumat verim ki, bu ərazidə nə
işlər görmüşük. Ərazi ümumilikdə
3450 hektardan ibarətdir. Yeraltı sular yerin üstünə
yaxın olduğuna görə, torpağın keyfiyyəti
aşağı olmuş, keçmişdə burada əkin
işləri aparılmamış, yalnız örüş
yeri kimi istifadə olunmuşdur. Ərazidə yeraltı
suların vəziyyətini yaxşılaşdırmaq
üçün meliorasiya idarəsi tərəfindən ana
drenaj kanalları təmizlənmiş, yeni kanallar çəkilmiş,
ərazi bütünlüklə layihələndirilmişdir.
Hazırda ancaq 600 hektar ərazidə drenaj işləri
görülmüşdür. Bu gün də meliorasiya idarəsinin
texnikaları ərazidə işləyir. Əgər
lazımi qədər vəsait ayrılarsa, ərazidəki
meliorasiya işlərini başa çatdırmaq olar.
Bizim tərəfimizdən
aşağıdakı işlər
görülmüşdür. Yeraltı suları ərazidən
kənara axıtmaq, vəziyyətdən müvəqqəti
çıxmaq üçün 65 kilometr müxtəlif drenaj
kanalları çəkmişik. Suvarma üçün
ümumi uzunluğu 70, diametri 200 və 70 millimetr olan
yeraltı boru xətləri çəkilmişdir.
ABŞ-ın "Varmund" şirkətindən 52
yağmurla suvarma qurğusu alınaraq pilot layihə kimi
quraşdırılmışdır. Hər qurğu orta
hesabla 40 hektar ərazini əhatə edir. Hazırda
ümumilikdə 2100 hektar ərazi yağmurla suvarma
altındadır.
Bundan əlavə, 450 hektar tərəvəz
bitkiləri sahəsi, 100 hektar nar və heyva bağı
damcı suvarma sistemi altındadır. Ərazidə 20 kilometr
elektrik hava xətti, 40 kilometr yeraltı kabel çəkilmiş
və 4 elektrik yarımstansiyası tikilmişdir. Üç
nasosxana mərkəzi tikilmişdir ki, bunların da hər
birinin orta hesabla gücü 2500 kub/saatdır. Kompleksə 6
kilometr məsafədən içməli su xətti, 2 kilometr
asfalt, 10 kilometr çınqıl, 25 kilometr torpaq yol çəkilmişdir.
Üç min yeddi yüz kvadratmetr ərazidə kənd təsərrüfatı
məhsulları üçün anbar, ofis və yeməkxana
yerləşir. Gübrə üçün 6 min kvadratmetr sahə
ayrılmışdır. Ərazidə
gördüyünüz texnika torpağın əkin
üçün hazırlanmasında ən müasir
texnologiyadan istifadə etdiyimizi təsdiq edir. Kənd təsərrüfatında
mövsüm vaxtı əkin, alaq və məhsulun
yığılması üçün 1500-2500 işçi
cəlb olunur. Normal vaxtlarda isə burada 150 nəfər kənd
təsərrüfatı işlərində
çalışır. Yalnız 40 min tondan çox emal
gücü olan konserv zavoduna 11 milyon manat vəsait sərf
olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu
zavoda 3 milyon manat yardım edilmişdir.
Kənd təsərrüfatına
14 milyon manat, perspektivdə heyvandarlıq kompleksi ilə bərabər
inşa olunacaq gübrə fabrikinə 5-6 milyon manat sərmayə
qoyuluşu nəzərdə tutulur. Yəni burada layihə
tamamlanana qədər 36 milyon manat sərmayə
yatırılacaqdır. Bugünə qədər məqsədimiz
ekoloji təmiz məhsul istehsal etmək və əkin
aparmaqdır. Hazırda Avropa standartlarına uyğun sertifikat
almaq üçün işlər görülür. Şirkətimizin
araşdırma-tədqiqat mərkəzi dünyanın kənd
təsərrüfatı üzrə qabaqcıl mütəxəssisləri
ilə işbirliyi qurmuşdur. Onların arasında ABŞ,
Hindistan, Türkiyə, Hollandiya, İsraildən mütəxəssislər
vardır. İnşallah, yeni texnologiyalar tətbiq etməklə
3 il sonra, cənab Prezident, biz bu torpağı ekoloji təmiz əraziyə
çevirəcək, kimyanı bu ərazidən
çıxaracağıq. Burada ekoloji təmiz məhsul
emalı ilə Azərbaycana imic, nüfuz, Azərbaycan
xalqına isə sağlamlıq bəxş edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm. Zəhmət çəkib bizə bu ruhu, bu gücü verdiyinizə görə Sizə kollektivimizin adından minnətdarlığımı bildirirəm. Diqqətinizə görə bir daha təşəkkür edirəm.
AzərTAc
Azərbaycan.- 2010.- 30
aprel.- S. 3, 4.