Prezident İlham Əliyev Cəlilabadda bir sıra sosial
və istehsal təyinatlı obyektlərin
açılışında iştirak etmişdir
Aprelin 29-da Prezident İlham Əliyev
Cəlilabad rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə
müasir müstəqil
Azərbaycan dövlətinin
banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi.
Sonra Prezident İlham Əliyev Cəlilabad
"Şərab-2" ASC-nin açılışında iştirak
etdi. Dövlətimizin başçısına məlumat verildi ki, şərab zavodu ən müasir texnologiyaların
tətbiqi əsasında
qurulmuşdur. Müəssisənin istehsal gücü ildə 8 min tondur.
Prezident İlham Əliyev sonra Cəlilabad rayonunda əlil və şəhid ailələri üçün
inşa olunmuş dördmərtəbəli, 36 mənzilli
yaşayış binasının
istifadəyə verilməsi
mərasimində iştirak
etdi.
Daha sonra dövlətimizin başçısı Cəlilabadda yeni inşa edilmiş Müalicə-Diaqnostika Mərkəzinin açılışını bildirən lenti kəsdi. Üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan və köməkçi qurğulardan ibarət olan mərkəzdə müayinə və müalicə üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev burada Cəlilabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakini Gülər İsgəndərova cəlilabadlıların ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak etdi. Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini, mədəniyyətini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar nümayiş etdirilir.
Sonra dövlətimizin başçısı Cəlilabadda Şahmat Məktəbinin açılışında iştirak etdi. Burada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, məktəbin müasir maddi-texniki bazası vardır.
Dövlətimizin başçısı Göytəpə Su Anbarında aparılan işlərlə də tanış oldu. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verdi ki, bu su anbarı 300 hektar torpaq sahəsinin suvarılmasına imkan yaradacaqdır.
Daha sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinə gəldi. Dövlətimizin başçısı sərhəd dəstəsinin plan-sxemi ilə tanış oldu. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verdi ki, Prezident İlham Əliyevin təsdiq etdiyi proqrama əsasən sərhəd dəstəsində geniş yenidənqurma işləri aparılmışdır.
Ali Baş Komandan hərbi texnikaya baxdı. Bildirildi ki, burada gənc əsgərlərin
təlim-tədris mərkəzi
yaradılmışdır. Xüsusi təyinatlı yardımçı
binalar inşa olunaraq xidməti istifadəyə verilmişdir.
Dövlətimizin başçısı
kazarmalarda yaradılmış
şəraitlə də
Sonra Ali Baş Komandan təlim meydanında zirehli texnikanın təlim prosesini izlədi. (Səfər
barədə geniş
hesabat qəzetin növbəti nömrəsində
dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 30
aprel.- S. 4.