Niderlandın Kraliçası ülyahəzrət Beatriksə

 

Ülyahəzrət!

Niderland Krallığının milli bayramı - Kraliça günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq əməkdaşlıq əlaqələrimiz bundan sonra da öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 aprel 2010-cu il

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  1.