Stavropol Dövlət
Universiteti ilə BDU arasında əməkdaşlıq
müqaviləsi imzalanmışdır
Aprelin 29-da ölkəmizdə səfərdə olan Stavropol Dövlət Universitetinin rektoru, professor Vladimir Şapovalovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Qonaqları səmimi salamlayan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanın bu qocaman ali təhsil müəssisəsinin Rusiyada, Stavropolda yaxşı tanındığını deyən Vladimir Şapovalov ölkəmizdə təhsilin və tədrisin keyfiyyətinin yüksək olduğunu, bu sahədə dövlət səviyyəsində aparılan işlərdən razı qaldığını bildirmişdir.
Görüşdə birgə əməkdaşlıq, qarşılıqlı qrant layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuş, tələbə mübadiləsinin zəruriliyi vurğulanmışdır.
Sonra universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Sonda qonaqlar universiteti gəzmiş, Heydər Əliyev muzeyi, elmi laboratoriyalarla tanış olmuşlar.
Azərbaycan.- 2010.- 30 aprel.- S. 11.