İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır

 

Bakıda səfərdə olan Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti paytaxtın görməli yerləri ilə tanış olmuşdur. Gəzintiyə Qoşa qala qapısından başlayan qonaqlar "Azərxalça" İstehsalat Birliyinin "Azərbaycan xalçaları" sərgi salonunda xalq rəssamı Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyi ilə tanış olmuşlar.

Nümayəndə heyəti xalçalara maraqla tamaşa etmiş, burada gördüklərindən məmnun qalmışlar. Onlara Azərbaycan xalqının qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verilmişdir.

Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyində Heydər Əliyev, Atatürk, Nizami, Füzuli, Nəsimi, Aleksandr Puşkin başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalar qonaqlarda xüsusi maraq doğurmuşdur.

Bakının simvolu əzəmətli Qız qalası ilə tanışlıq zamanı bu qədim abidənin tarixi barədə nümayəndə heyətinə ətraflı məlumat verilmişdir.

Sonra Qız qalasının yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş eksponatlarından ibarət ekspozisiyasının yenidən təşkili barədə danışılmış, bildirilmişdir ki, bu işlər müasir beynəlxalq tələblərə uyğun həyata keçirilmişdir.

Daha sonra qonaqlar Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr - Buxara Multanı karvansaraları ilə tanış olmuşlar. İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır.

 

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  11.