Akademik Zərifə Əliyevanın xatirəsi Bərdədə böyük ehtiramla anıldı

 

Dəyərli bir nəslin yetirməsi, görkəmli akademik, ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü Bərdədə böyük ehtiramla yad edilmişdir.

Görkəmli akademikin adını daşıyan məktəbdə keçirilən tədbirin iştirakçıları öncə Zərifə xanımın məktəbin həyətindəki abidəsinin önünə tər qərənfillər qoydular. Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya akademik Zərifə Əliyevanın şərəfli ömür yolu, işıqlı həyatı, doğma millətinə həsr olunmuş səmərəli fəaliyyəti barədə geniş məruzə etdi. Zərifə Əliyeva adına məktəb-liseyin direktoru Rzaqulu Şərifovun, göz həkimi Nurlana İbrahimovanın çıxışları, məktəbin şagirdlərinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Gənc müğənni, Prezident təqaüdçüsü Pərvaz İbrahimlinin ifa etdiyi "Ana" mahnısı isə hər kəsin qəlbində kövrək duyğular oyatdı.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  14.