Beynəlxalq konfrans işini davam etdirir
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans işini davam etdirir.
Konfransın ikinci günü oftalmotransplantologiyada tətbiq olunan innovasiya metodları, keratokonusun müalicəsində yeni üsul, keratoplastikanın alternativi və digər mövzularda məruzələr dinlənilmişdir. Eyni zamanda, konfrans çərçivəsində xarici və yerli mütəxəssislərin birgə iştirakı ilə qlaukoma, travmatik kataraktadan əziyyət çəkən xəstələrin üzərində canlı əməliyyatlar aparılmışdır.
Mütəxəssislər konfrans
iştirakçılarına həmin əməliyyatlarda
tətbiq olunan yeni üsullar barədə geniş məlumat vermişlər.
Qeyd edək ki, konfrans
aprelin 30-da başa çatacaqdır.
Azərbaycan.- 2010.- 30 aprel.- S. 14.