İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri xanım Doris Loytharda

 

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi xalqınızı Azərbaycan xalqı adından öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf yolundadır. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına sülh rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  1 avqust.- S.  1.