Qəbələ İkınci Beynəlxalq
musiqi festivalının təntənəli rəsmi
açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə
iştirak etmişdir
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur.
Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları dövlətimizin başçısını, xanımını və YUNESKO-nun baş direktorunu hərarətlə qarşılamışlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış etmişdir.
Azərbaycan.- 2010.- 1 avqust.- S. 1.