YUNESKO-nun Baş direktoru xanım İrina Bokovanın çıxışı

 

- Hörmətli cənab Prezident!

Xanım Mehriban Əliyeva!

Zati-aliləri, xanımlar cənablar!

Bu beynəlxalq festival üçün möhtəşəm səhnə olan qədim Qəbələ şəhərində bu axşam keçirilən qala-konsertdə Sizinlə bir yerdə olduğumdan xüsusi məmnunluq duyuram. Dünyanın görkəmli virtuozlarının bir qisminin toplaşdığı bu festival yaxın uzaq ellərdən gəlmiş musiqisevərlərin məşhur Azərbaycan musiqi mədəniyyətinin inciləri ilə tanış olması üçün müstəsna imkan yaradır.

İcazə verin, ilk növbədə, məni dərin hörmət və ehtiramla qəbul etmiş Prezident Əliyevə səmimi təşəkkür edim və məmnunluq hissi ilə bildirim ki, Siz YUNESKO-nun prioritetlərini ölkənizin inkişafının təməl daşına çevirməkdə uğur qazanmısınız. Çox sağ olun, cənab Prezident.

Mən həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ən səmimi təşəkkürümü bildirmək istərdim. Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, YUNESKO üçün şərəfdir. Lakin mən deyərdim ki, Sizin nailiyyətlərinizin miqyasını bir ad ilə əhatə etmək çətindir. Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız. Çox sağ olun, Mehriban xanım. Mən bu sözləri Sizin gənclərin işinə, təhsil və dialoq işinə sədaqətinizi nəzərə alaraq deyirəm. Siz ölkənin hər yerində musiqi məktəbləri açmısınız, bütün uşaqların, o cümlədən yoxsul ailələrdən olan uşaqların musiqi təhsili almasına imkan yaratmısınız. Fikrimcə, biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi - şifahi ədəbiyyatın müxtəlif nümunələrindən başlamış müasir musiqi sənətinə qədər - bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə şəxsən Sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur.

Xanımlar və cənablar, Qəbələ festivalı çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri təşkil edilir, ənənəvi, klassik, müasir musiqini və cazı əhatə edən proqram həyata keçirilir. Bu festival Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir. İcazə verin, festivalın bədii direktorlarının xidmətlərini qeyd edimLondon Kral Filarmonik Orkestrini, Yuri Başmeti, Boris Berezovskinibir sıra digər görkəmli ifaçıları salamlayım, bu axşam öz dəyərli istedadını bizimlə bölüşdüklərinə görə onlara təşəkkür edim.

Qəbələ beynəlxalq mədəni görüşlər üçün ən münasib yerdir. Biz Qafqaz Albaniyasının qədim paytaxtının yanındayıq. Vaxtilə bura Asiyanın, ərəb dünyasının, Avropanın kəsişdiyi məkanlarda dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi, çiçəklənən region olmuşdur. Xalqların və mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. YUNESKO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridir, onların qorunub saxlanması və populyarlaşdırılması üçün bütün tədbirlər görülməlidir.

Belə nümunələrdən biri muğamdır. YUNESKO tərəfindən tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş bu janr fars, türk və ərəb ənənələri əsasında klassik poeziyanı və improvizasiyanı özündə birləşdirərək insanı vəcdə gətirən melodiyalar yaradır və nəticə etibarilə Azərbaycan ənənələrini təşkil edir. Bu siyahıya sizin ölkənin mədəni bənzərsizlik rəmzlərindən biri olan poeziyanı, dastanları, rəqsləri, vokalinstrumental musiqini birləşdirən Azərbaycan aşıq sənəti də daxildir. Digər tərəfdən, Yeni il bayramı - hər il martın 21-də Azərbaycanda, habelə Türkiyədə, Hindistanda, İranda qeyd edilən Novruz bayramı əfsanələr, rəvayətlər, rituallar, dünyanın mədəni dəyərlərini, ailələr və icmalar arasında həmrəyliyi inkişaf etdirən festivallarla bağlıdır.

Xanımlar və cənablar, özünüifadənin bütün bu formaları çoxəsrlik tarixə malikdir. Bu günmövcud olan həmin formalar qəlbimizin ən incə tellərinə toxunur, çox vaxt müasir meyillərin təsiri altında inkişaf edir. Bizim identikliyimizi formalaşdıran bu ənənələr varislik və mənsubluq hissləri doğurur.

Əminəm ki, özünüifadənin çox zəngin musiqi formalarının, dünyanın digər mədəni ənənələrinin populyarlaşdırılması budəfəki festivala bənzər təşəbbüslər vasitəsilə qarşılıqlı anlaşmanın və dialoqun möhkəmlənməsinə imkan yaradacaqdır.

Biz sürətli sosial-iqtisadi dəyişikliklərlə səciyyələnən qloballaşma dövründə yaşayırıq və ənənəvi özünüifadə formalarının tükənməsindən, hətta itirilməsindən ehtiyat edirik. Bu özünüifadə formalarının populyarlaşdırılmasının ən yaxşı yolu isə festivalların, mədəni mübadilələrin və digər layihələrin köməyi ilə, habelə bu bədii formaların öyrənilməsi və onların gənc nəslə çatdırılması üçün şərait yaratmaq yolu ilə onlarla tanış olmaqdır.

Xanımlar və cənablar, bu festival bizim bu gün, 2010-cu ildə bayram etdiyimiz, Birləşmiş Millətlər Təşkilatı və YUNESKO tərəfindən keçirilən "Beynəlxalq mədəniyyətlərin yaxınlaşması ili"nin ruhuna tam uyğundur. Bu ideya mənə çox yaxındır ki, biz ölkələr çərçivəsində və onların arasında mədəniyyətlərarası dialoq vasitəsilə daha çox qarşılıqlı anlaşmaya, hörmətə və həmrəyliyə nail olmağa kömək edə bilərik. Müasir aləmdə əsl dünya mədəniyyəti yaratmaq üçün bu dəyərləri təbliğ etmək lazımdır. Biz bu il və sonrakı dövrdə qəlblərin və zəkaların görüşünü təşviq etmək üçün yeni kanallaryollar açmağa çalışacağıq.

Başqa aləm kəşf etməyin saysız-hesabsız üsulları vardır. Lakin bu gün biz həmin məqsədə ən universal dil və mədəni dialoqun ən mükəmməl metaforası olan musiqinin köməyi ilə nail oluruq. Azərbaycan identikliyində dərin kökləri olan, hər birimizin qəlbində estetik duyğular oyadan musiqi, mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq bütün insanların yaxınlaşması üçün ən yaxşı vasitədir. Sizin əfsanəvi şairiniz Nizami Gəncəvi XII əsrdə məhəbbət haqqında özünün ölməz poeziyasında yazırdı: Gələcəyi görə bilmirik, hər bir insanın tale telləri adi gözlə görünən dünyanın hüdudlarından çox-çox uzağa aparır. Biz bu tellərin haraya apardığını görə bilmirik, kim deyə bilər ki, bugünkü açar sabah qıfıla, bugünkü qıfıl isə açara çevrilməyəcəkdir. Qıfıl qorxudursa, açar dialoqdur. Mən istəyirəm ki, bu nüfuzlu beynəlxalq festival xalqların və mədəniyyətlərin müxtəlifliyinin rəmzi olsun, bu müxtəliflik sizin bəzən "Odlar yurdu" adlandırılan ölkənizi müxtəlif dövrlərin mədəni nailiyyətlərini nümayiş etdirmək üçün bir səhnəyə çevirsin.

Lakin festivala başlamazdan əvvəl istərdim ki, musiqi sərrafı, əsl insanpərvər və indicə qeyd etdiyim kimi, YUNESKO-nun dostu olan xanım Mehriban Əliyevaya məhz bu bayram çərçivəsində bir daha xüsusi ehtiramımı bildirim.

Hörmətli xanımlar və cənablar, hörmətli xanım Əliyeva, icazə verin, Sizin bəşəriyyətin maddiqeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinizin, mədəniyyətlərarası dialoqun inkişafı naminə daim göstərdiyiniz səylərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfənizin, YUNESKO-nun ideallarına və məqsədlərinə sadiqliyinizin təsdiqlənməsi əlaməti olaraq YUNESKO-nun "Qızıl Motsart" medalını böyük məmnuniyyətlə Sizə təqdim edim.

İrina Bokova YUNESKO-nun "Qızıl Motsart" medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

 

***

 

 İrina BOKOVA: Diqqətinizə görə çox sağ olun və mən YUNESKO-nun bu fəxri təltifi münasibətilə xanım Əliyevanı bir daha təbrik etmək istərdim. Diqqətinizə görə sağ olun, gecəniz xoş keçsin.

 

***

 

Mərasimdə Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

Sonra konsert proqramı oldu.

London Kral Filarmonik Orkestrinin xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa etdiyi ilk əsər Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası oldu.

Tanınmış musiqiçilər Yuri Başmet bəstəkar Bruçun əsərini, Dmitri Yablonski dahi bəstəkar Çaykovskinin violonçelorkestr üçün noktürnü ifa etdilər. Gecədə Motsartın 40-cı simfoniyasından hissələr ifa olundu.

 Tamaşaçılar Meksikadan dəvət edilən tanınmış tenor Emilio Ponsun, Böyük Britaniyadan gələn skripkaçı Xloe Hanslipin mükəmməl ifalarını da dinlədilər.

Xalq artisti, professor Fərhad Bədəlbəylinin ifasında bəstəsi özünə aid olan fortepianoorkestr üçün "Dəniz" və Tofiq Quliyevin "Qaytağı" əsərləri gecəyə xüsusi ovqat bəxş etdi.

Festivalın rəsmi açılış mərasiminə Azərbaycan musiqisinin fəxri, SSRİ-nin və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin "Azərbaycan" mahnısı yekun vurdu.

Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  1 avqust.- S.  1, 2.