Pakistan İslam
Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli
Zərdariyə
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 avqust 2010-cu il
Azərbaycan.- 2010.- 3 avqust.- S. 1.