Qəbələdə
Heydər Əliyev Fondunun dəstəyi
ilə Qəbələdəki "Fitnes" İstirahət
Mərkəzində keçirilən II Beynəlxalq musiqi
festivalı çərçivəsində tədbirin fəxri
qonağı - Böyük Britaniyanın dünya şöhrətli
London Kral Filarmonik Orkesrtinin avqustun 1-də konserti olmuşdur.
Orkestrin solistlərini
amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət
Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi
Akademiyasının professoru Oksana Yablonskaya və Azərbaycanın
tanınmış dirijoru, xalq artisti, "Şöhrət"
ordenli, professor Rauf Abdullayev müşayiət etmişlər.
Klassik musiqi
ifaçıları məşhur bəstəkarlar Pyotr
Çaykovskinin "Françeska da Rimini", Fikrət Əmirovun
"Kürd Ovşarı", Lüdviq Bethovenin "Fortepiano
və orkestr üçün 5 saylı konsert" və
"Emperor" əsərlərini səsləndirmişlər.
Çıxışlar maraqla qarşılanmışdır.
Qəbələdə London Kral Filarmonik Orkestrinin konserti
avqustun 5-dək hər gün olacaqdır.
Azərbaycan.- 2010.- 3 avqust.- S.
5.