Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatına daha böyük töhfə verir

 

Ölkəmiz dünya miqyasında ən etibarlı tranzit məkanlardan biri kimi qəbul olunur

 

Qlobal enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan dünya miqyasında həm də əsas tranizit məkanlardan biri hesab edilir. Azərbaycanın tranzit imkanları təkcə enerji ehtiyatlarının yox, həm də digər yükdaşımaların həyata keçirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin keçdiyi əsas ölkələrdən biri kimi çıxış edir. Ölkənin tranzit əhəmiyyətinin beynəlxalq miqyasda xüsusi çəkiyə malik olduğunu dünyanın enerji xəritəsinə diqqət yetirməklə də əyani görmək mümkündür. Xüsusən də Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Qərb bazarlarına çatdırılması üçün alternativ ixrac marşrutlarının keçdiyi əsas ərazinin məhz Azərbaycan olması ölkəmizin tranzit potensialına beynəlxalq diqqətin daim yüksələn xətt üzrə inkişafına səbəb olur.

 

Bütün bunlar Azərbaycanın həm özünün malik olduğu karbohidrogen ehtiyatlarının, həm də digər mənbələr hesabına enerji resurslarının dünya bazarlarına nəql edilməsi sahəsində kifayət qədər önəmli rola malik olduğunu aydın göstərir. Bu, həm də ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkisini bir daha təsdiqləyir. Hesablamalara görə, cari ilin sonuna kimi Azərbaycanda neft hasilatı 52 milyon tona çatacaq. Qaz hasilatı isə təxminən 30 milyard kubmetrə bərabər olacaq ki, bu, Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur. Bu səbəbdən cari ildə ölkəmizin ixrac etdiyi neft qazın miqdarı ötən dövrlərlə müqayisədə daha yüksək həddə olacaq. Belə vəziyyət Azərbaycanın öz karbohidrogen ehtiyatlarını realizasiya etmək istiqamətində qazandığı nailiyyətlərin miqyasını genişləndirdiyini bariz şəkildə nümayiş etdirir. Digər tərəfdən, dünya bazarlarına daha artıq miqdarda enerji resursları çıxarmaqla Azərbaycan ixrac potensialı coğrafiyasını da genişləndirir. Bu isə öz növbəsində Azərbaycanın iqtisadi maraqlarına tam cavab verən hallardan biri kimi qəbul olunur. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycan enerji resurslarını neft qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. Çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Bugünkü hasilat, demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat ixrac imkanlarımız bərabərlik təşkil etsin. Buna nail olmaq üçün əlbəttə ki, bizə yeni bazarlar lazımdır. Yaxud da ki, mövcud olan bazarların genişləndirilməsi lazımdır. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq məqsədyönlü siyasət aparır. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan o ölkələrdəndir ki, heç bir istiqamətdən asılı deyildir".

Hazırda Azərbaycan ixrac marşrutlarının diversifikasiyası üçün vacib əhəmiyyətə malik üç neft dörd qaz kəmərinə malikdir. Bu kəmərlər ölkənin enerji daşıyıcılarının şaxələndirilməsini tam şəkildə təmin edir karbohidrogen resurslarının istənilən istiqamətdə ixracının artırılması üçün lazımi imkanlar yaradır. Lakin qeyd edildiyi kimi, Azərbaycan enerji ehtiyatları ilə zəngin Mərkəzi Asiyanın karbohidrogen resurslarının alternativ yollarla dünya, o cümlədən Qərb bazarlarına çatdırmaq üçün həm əsas etibarlı tranzit ölkəsidir. Bu fakt beynəlxalq miqyasda da açıq bəyan edilməkdə Azərbaycanın tranzit imkanları geniş təqdir olunmaqdadır. ABŞ dövlət katibinin Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bununla əlaqədar Qazaxıstanda verdiyi açıqlamada qeyd edib: "Azərbaycan həmişə çox etibarlı tranzit ölkəsi olub. Əminəm ki, bu, gələcəkdə belə olacaq". Bakı-Tbilisi-Ceyhan əsas ixrac marşrutu bu kəmər vasitəsilə Qazaxıstan neftinin ixracından söz açan cənab Morninqstar aşağıdakıları bildirib: "ABŞ həmişə Bakı-Tbilisi-Ceyhan kəmərinə öz dəstəyini ifadə edib. Biz Qazaxıstan neftinin bu kəmərlə ixrac edilməsinin mümkünlüyünə öz dəstəyimizi bildirmişik".

Hazırda Qazaxıstan neftinin bir hissəsi Azərbaycandan keçməklə dəmir yolları vasitəsilə Gürcüstanın Batumi Kulevi limanlarına çatdırılır. Perspektivdə isə rəsmi Astananın daha böyük miqdarda Azərbaycan vasitəsilə dünya bazarlarına neft çıxaracağı gözlənilir. Çünki qarşıdakı dövrdə Qazaxıstan enerji hasilatını artırmağı planlaşdırır.

Azərbaycanın enerji tranzit siyasəti isə ABŞ-da təkcə Riçard Morninqstar yox, digər yüksəkrütbəli rəsmi şəxslər tərəfindən yüksək qiymətləndirilir. ABŞ-ın dövlət katibi Hillari Klintonun cari ilin iyununda Prezident İlham Əliyevə göndərdiyi məktubunda bununla bağlı qeyd edilir ki, Azərbaycan dünya bazarlarında mühüm etibarlı enerji təchizatçısı kimi tanınır: "Azərbaycan ticarət sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən ölkə nümunəsidir. Ölkənizin öz resurslarını düşünülmüş formada hasil etmək səyləri minlərlə Azərbaycan vətəndaşı üçün yerlərinin açılması sürətli iqtisadi tərəqqi ilə nəticələndi. Bu isə öz növbəsində, ölkənizin müstəqilliyini möhkəmləndirdi. Regional qonşularınız, o cümlədən Gürcüstan Türkiyə ilə sıx işləyərək Azərbaycan Şərq-Qərb enerji dəhlizini, eləcə Bakı-Tbilisi-Ceyhan neft Cənubi Qafqaz qaz boru kəmərlərinin inşasını uğurla başa çatdırdı. Bu layihələr işə sadiqlik əməkdaşlıq nəticəsində əldə olunanları nümayiş etdirir. Birləşmiş Ştatlar həmin mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olmaqdan fərəh hissi duyur. Gələcəyə nəzər saldıqda Birləşmiş Ştatlar neft qaz yataqlarınızı işlətmək enerji təchizatı yollarını şaxələndirmək istiqamətində göstərdiyiniz səyləri dəstəkləyir. Bu, istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirərək Azərbaycana bir hasilatçı ölkə kimi fayda verəcəkdir".

ABŞ dövlət katibi yaxın gələcəkdə Avropaya qazın nəqli üçün "Cənub dəhlizi"nin həyata keçirilməsində Azərbaycanın davamlı liderliyini arzuladıqlarını da xüsusi olaraq vurğulayıb.

Azərbaycanın enerji sektorunda gördüyü işləri təkcə ABŞ yox, Avropa ölkələri rəğbətlə qarşılayır. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinqer bildirir ki, Azərbaycan regionda əsas enerji ixracatçılarından biridir: "Bu ölkə həm Avropa İttifaqının əsas tərəfdaşlarındandır. Bu ilin aprelində Prezident İlham Əliyevlə Bakıda görüşmək mənim üçün çox xoş oldu. Deyə bilərəm ki, bizim əməkdaşlığımız möhkəm əsaslar üzərində qurulub dəqiq qarşılıqlı maraqlarla möhkəmlənib". Bununla yanaşı, o da faktdır ki, Azərbaycandan, onun vasitəsilə digər ölkələrdən neft neft məhsulları, təbii qaz almaq istəyən dövlətlərin coğrafiyası kifayət qədər genişdir bu təkcə Qərb dövlətlərilə məhdudlaşmır. Bu sırada ərəb dövlətləri, Asiya ölkələri yer alır. Məsələn, Asiyanın ən böyük dövlətlərindən sayılan Hindistan Azərbaycandan daha böyük miqdarda neft almaqda maraqlı olduğunu bildirir. Hindistanın ölkəmizdəki səfiri Debnat Şau qeyd edir: "Hindistanın neft emalı zavodları uzunmüddətli müqavilələr əsasında Azərbaycan neftini almaqda maraqlıdırlar. Biz bu marağı artıq Azərbaycan hökumətinin diqqətinə çatdırmışıq müsbət cavab alacağımıza ümid edirik. Bu, Hindistana ixrac olunan Azərbaycan neftinin miqdarının artmasına imkan verəcək".

Qeyd edilənlər bir daha Azərbaycanın dünyanın enerji məkanında kifayət qədər vacib əhəmiyyətə malik ölkə olduğunu bariz şəkildə nümayiş etdirir. Belə vəziyyət həm ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  4 avqust.- S. 1.