Bakı şəhərində
yerləşən Dövlət Bayrağı Meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Bakı
şəhərində yerləşən
Dövlət Bayrağı
Meydanında başa çatdırılan tikinti-quraşdırma
və abadlaşdırma
işlərinin tamamlanması
üçün Azərbaycan
Respublikasının 2010-cu ilin
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon
manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
bəndində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 avqust 2010-cu il
Azərbaycan.- 2010.- 4 avqust.- S. 1.