Milli intibaha uzanan yol

 

1969-cu ilin məşhur 5 avqust plenumundan sonra Azərbaycanda yeni iqtisadi mənəvi tərəqqi mərhələsi başladı

 

Tarixən seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu formalaşmış milli təfəkkürü, siyasi dünyagörüşü dəyərləri əsasında optimal dövlət modeli siyasi varislik ənənələri yaratmışlar. Bu baxımdan ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublika rəhbəri seçilməsi ölkədə iqtisadi mədəni yüksəlişin əsasını qoydu, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan verdi. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı bir şəxsiyyətin rəhbər kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha milli özünüdərkə əsaslı zəmin yaratdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixdə keçirilmiş plenumunda Heydər Əliyevin rəhbər vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi onun kamil şəxsiyyəti, yüksək idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qeyri-adi istedadı, təşkilatçılıq idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirib, onların həlli üçün lazımi iradə, qətiyyət prinsipiallıq göstərmiş, hər cür riskə gedərək, o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı tənqidi ruhlu çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi xatırlanır. Plenumda kəskin çıxış edən Heydər Əliyev, həmçinin dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu vurğulamışdır. Ulu öndər eyni zamanda çoxsaylı problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar bəyan etmişdir: "Azərbaycanın bütün ittifaq göstəricilərindən digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər az deyildir. Bu, hər şeydən əvvəl etibar edilən sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq intizam yoxdur".

Müasir tariximizə 5 avqust plenumu kimi daxil olan bu toplantı Azərbaycanın ictimai-siyasi həyatında ciddi dönüş yaratmış, kadrlara qarşı tələbkarlığın artırılması respublikanın həyatında böyük canlanmaya gətirib çıxartmışdır. Heydər Əliyev yaxşı başa düşürdü ki, xalqda milli ruhu, milli özünüdərki gücləndirməyin ən mühüm şərti qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi və respublikanın sosial-iqtisadi böhrandan çıxarılması, bütün sahələr üzrə mədəni intibahın təmin olunmasıdır.

Həmin tarixi plenumdan sonra ulu öndərin rəhbərliyi altında respublikada geridə qalmış təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyən edilmişdir. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnikatexnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bilmişdir. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Eyni zamanda, Heydər Əliyevin yüksək idarəçilik bacarığı, işgüzarlığı və zəngin iqtisadi biliyi qısa müddətdə elmi nailiyyətlərin istehsalatda tətbiqinə, kənd təsərrüfatında struktur dəyişikliklərinin edilməsinə, yeni ehtiyat mənbələrinin meydana çıxarılması və istifadəsi yolu ilə təsərrüfatçılıqda geriliyə son qoyulmasına, bir sözlə, sosial-iqtisadi tərəqqiyə imkan yaratmışdır.

5 avqust plenumunun ikinci mühüm nəticəsi xalqın milli-mənəvi ruhunun özünə qaytarılması ilə bağlıdır. Respublikanın yeni rəhbəri milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərmiş, ölkənin mədəniyyət və incəsənət xadimləri, ziyalılar keçmiş ittifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilmiş, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi diqqət verilmişdir. Heydər Əliyev Azərbaycan ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olmuşdu. Bunun ən bariz göstəricisi odur ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər də olsun, dissident ziyalı qeydə alınmamışdır.

Məlum toplantıdan sonra respublikada həyata keçirilən islahatların digər vacib istiqaməti təhsilin və elmin inkişafı ilə bağlı olmuşdur. Bu proses, əslində, Azərbaycan xalqının milli-mənəvi ruhunun özünə qaytarılmasında da fövqəladə rol oynamışdır. Ulu öndər milli kadrların idarəetmədə və iqtisadiyyatın inkişafında daha fəal iştirak etməsi üçün əlverişli şərait yaratmağa çalışırdı. Bunun üçün təhsilin inkişafına diqqət yetirmək olduqca mühüm məsələ idi. Həmin dövrdə böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən birikadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsi idi. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizə aparmışdır. Bu prinsipial addımı ilə imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayır.

Bütün bunlar 5 avqust plenumunun Azərbaycanın tarixində çox əlamətdar bir dövrün əsasını qoyduğunu təsdiqləyir. Heydər Əliyevin həmin plenumda elan etdiyi ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. İndi əksəriyyət etiraf edir ki, əgər 70-80-cı illərdə Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan təsisat kimi mövcudluğundan danışmaq şübhə altında olardı.

Ulu öndər tarixi zərurət və xalqın istəyi əsasında müstəqil Azərbaycana rəhbərliyi dövründə də qanunların aliliyini, hüquq qaydalarını daim üstün tutmuş, ədalət prinsipinin bütün səviyyələrdə təmin olunmasına çalışmışdır. Onun qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə, demokratikləşmə, insan hüquq və azadlıqlarının təmini sahəsində ciddi nailiyyətlərə imza atır. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə qabaqcıl ölkələrdən birinə çevriləcəkdir.

 

 

S.MUSTAFAYEV

 

Azərbaycan.- 2010.- 5 avqust.- S. 2.