Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Palatası Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştiraki ilə Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il sentyabrın 22-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2010.- 6 avqust.- S. 2.