"Sarı gəlin"in erməniləşdirilməsinin qarşısı alınmışdır

 

Ölkəmizin BMT yanında Daimi Nümayəndəliyindən bildirmişlər ki, ABŞ-ın Nyu-York şəhərində rus dilində yayımlanan və geniş dinləyici kütləsinə malik olan "Radio Pozitiv"in iyulun 28-də efirə getmiş proqramında aparıcı Azərbaycanın "Sarı gəlin" xalq mahnısını "Qornaya nevesta" kimi təqdim etmiş, onun ermənilərə məxsus olduğunu bildirmişCivan Qasparyanın ifasında səsləndirmişdir.

Buna cavab olaraq Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi dərhal radio ilə əlaqə saxlamış və aparıcının söylədiklərinin yanlış olduğunun, canlı efirdə "Sarı gəlin"in Azərbaycan xalq mahnısı olduğunun bildirilməsi xahiş edilmişdir. Bu xahiş yerinə yetirilmiş, canlı efir zamanı qeyd edilən məqamlar dinləyicilərin diqqətinə çatdırılmış və buraxılan səhvə görə üzr istənilmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi

müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.-  6 avqust.- S. 3.