Qəbələ II Beynəlxalq
Musiqi Festivalı başa çatmışdır
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ
II Beynalxalq Musiqi Festivali avqustun 5-də başa çatmısdır.
Festivalın sonuncu günü Böyük Britaniyanın
dünya-şöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olmuşdur. Orkestrin solistlərini məşhur amerikalı pianoçu və dirijor Dmitri Yablonski va dünya
şöhrətli rusiyalı
pianoçu Boris Berezovski
müşayiət etmişlər.
Konsertdə bəstəkar Sergey Raxmaninovun "Fortepiano va orkestr üçün konsert" va "2 sayli simfoniya" əsərləri səsləndirilmişdir.
Xatirladaq ki, on iki gün
davam edan festival çərçivəsində muxtalif konsertlər və musiqi tədbirləri keçirilmişdir. Yerli və əcnəbi
klassik musiqi həvəskərları ABS, Kuba,
Rusiya, İngiltara, Fransa va İtaliyadan
gələn istedadlı
musiqiçilərin, o cümlədən
Yuri Başmet, Boris Berezovski
kimi dünyaşöhrətli
korifeylərin, festivalın
fəxri qonaği olan Böyük Britaniyanin Kral Filarmonik Orkestrinin ifasinda ölməz əsərlər dinləmişlər.
Festival çərçivəsində
gənc musiqiçilər
üçün ustad
dərsləri keçirilmişdir.
İyulun 30-da keçirilən festivalın
rəsmi açılış
mərasimində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin, Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramli
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və
YUNESKO-nun baş direktoru
İrina Bokovanın iştirak etməsi bu tədbirin Azərbaycan musiqisinin dünyaya təqdim edilməsində nə qədər önəmli bir hadisə olduğunu göstərmişdir.
Sonda Milli Məclisin deputati Fattah Heyderov, Baki Musiqi Akademiyasının
rektoru professor Fərhad
Bədəlbəyli çıxış
edərək II Qəbələ
Festivalının uğurla
keçdiyini bildirmiş,
bu musiqi bayramının yüksək
səviyyədə təşkilinə
görə dövlət
başçısı İlham
Əliyəvə, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin festivalda istirak edən musiqiçilərə minnətdarlıqlarını
ifadə etmişlər.
Festival
möhtəşəm atəş-fəşanlıqla
başa çatmısdır.
AzərTAc
Azərbaycan.- 2010.- 6 avqust.-
S. 5.