"Bakı Sağlamlıq Mərkəzi"nin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Respublika əhalisinin
sağlamlığının qorunması ilə bağlı görülən
tədbirlər çərçivəsində
ölkəmizin şəhər
və rayonlarında müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni səhiyyə ocaqlarının
yaradılmasının davam
etdirilməsi məqsədilə
qərara alıram:
1. Bakı
şəhərində müasir
çoxprofilli klinika
- Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
"Bakı Sağlamlıq
Mərkəzi" yaradılsın.
2. "Bakı
Sağlamlıq Mərkəzi"nin
tikilməsi üçün
2010-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə
5,0 (beş) milyon manat vəsait
ayrılsın.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 2-ci
bəndində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 avqust 2010-cu il
Azərbaycan.- 2010.-7
avqust.- S. 1.