Zaqatalanın potensial imkanları artır

 

Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir hər şey burada yüksək səviyyədədir.

 

İlham ƏLİYEV

 

Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşa çevrilib. Ölkənin iqtisadi uğurları bunun zaman-zaman daha da artması beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə təsir edir. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Azərbaycanın gələcək perspektivləri çox ümidvericidir. Son bir neçə ildə Azərbaycan dünya miqyasında iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkə statusunu uğurla daşımaqdadır. Ölkəmizdə iqtisadi imkanların daha da genişləndirilməsi üçün bütün gərəkli tədbirlər həyata keçirilir. Dövlət proqramları, layihələr uğurla icra olunur. Təqdirəlayiq haldır ki, ölkənin güclənməsində regional inkişaf proqramının icrasının, o cümlədən bütün regionları əhatə edən abadlıq -quruculuq işlərinin əhəmiyyəti böyükdur. Hər ötən ildə qazanılan uğurlar növbəti ilin nailiyyətləri üçün zəmin yaradır.

Bu gün Azərbaycanın regionlarının yüksək inkişaf tempini Zaqatala rayonunun timsalında da görmək mümkündür. Son illər Zaqatala çox sürətlə inkişaf edərək özünün yüksəliş dövrünü yaşayır. Şəhərdə kəndlərdəki quruculuq işləri əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edir. Bu gerçəklik həm Prezident İlham Əliyevin son illər bir neçə dəfə Zaqatalaya səfəri ilə şərtlənir. Belə ki, dövlət başçısının hər səfəri rayonun sosial-iqtisadi mədəni həyatında mühüm yeniliklərlə, keyfiyyət dəyişiklikləri ilə müşayiət olunur.

Zaqatalanın ağsaqqallarından olan İsa Əhmədov bu barədə deyir: - Dövlət başçısının hər gəlişi rayona xeyir-bərəkət gətirir. Ölkə başçısını qarşılamaq, onu üzbəüz salamlamaq, sözünü-söhbətini eşitmək, təkliflərini, tövsiyələrini dinləmək insanlar üçün çox xoşdur. Prezident İlham Əliyevin Zaqatalaya səfəri bizim üçün, sözün əsl mənasında, bayrama çevrilir. Bilirik ki, cənab Prezidentin səfərindən sonra rayonumuza dövlət qayğısı daha da artacaq, insanların gün-güzəranının yaxşılaşdırılmasına təsir edəcək tədbirlərin miqyası genişlənəcək. Bütün bunlara görə, əlbəttə, Prezident İlham Əliyevə minnətdarıq, ona xalqımızın firavan gələcəyi naminə fəaliyyətində uğurlar, cansağlığı arzulayırıq.

Bu ilin 8 iyulunda Prezident İlham Əliyevin Zaqatalaya daha bir səfəri oldu. Həmin səfər zamanı dövlətimizin başçısı rayonda tütün süd emalı zavodlarının açılışında iştirak etdi, əsaslı yenidənqurmadan sonra Zaqatala Mədəniyyət Evində oldu, "Qala düzü" deyilən əraziyə baş çəkib yenidənqurma işləri ilə bağlı tövsiyələrini verdi rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Zaqatalada gördüyü yeniliklərdən, inkişafdan məmnun olduğunu bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında demişdir: "Zaqatala tarixi şəhərdir. Çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz - burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir".

Zaqatalada söhbət etdiyimiz adamlar dövlət başçısının rayona səfərindən böyük səmimiyyətlə danışırdılar. Rayon sakinləri ölkə rəhbərinin bölgələrə, o cümlədən Zaqatalaya diqqət qayğısını yüksək qiymətləndirirlər.

Zaqatala RİH başçısı Mübariz Əhmədzadə ilə yenidənqurma işləri görülən "Qala düzü" ərazisində görüşdük. Hələ ölkə rəhbərinin rayona səfərinin xoş ovqatı ilə yaşadıqlarını bildirən M.Əhmədzadə xüsusi vurğuladı ki, dövlət başçısının hər xoş sözü bizim üzərimizə böyük məsuliyyət qoyur. Çalışırıq ki, onun bütün tapşırıq tövsiyələrini vaxtında, məsuliyyətlə yerinə yetirək. Zaqatalaya səfəri zamanı Prezident İlham Əliyev "İntertabakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmiş bu zavodun fəaliyyətini yüksək qiymətləndirmişdir. Zaqatalada olarkən "İntertabakko" MMC-nin baş direktoru İsmayıl Hidayətzadə ilə görüşdük. Zavodun açılışındakı xeyir-duasına görə dövlət başçısına minnətdarlıqlarını bildirən İ.Hidayətzadə onlara göstərilən dövlət qayğısını xüsusi vurğuladı: - Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılıb. Çox məmnunuq ki, Zaqatalanın gələcək həyatında bizim tütün emalı zavodu da özünəməxsus rol oynayacaq. Dünya standartları səviyyəsində qurulan zavodumuzda hələlik 75 nəfər çalışır. Yaxın gələcəkdə işçilərin sayını 95-ə çatdırmağı nəzərdə tuturuq. Müxtəlif fermer təsərrüfatlarında yetişdirilmiş tütün məhsullarını alıb "İntertabakko" MMC- məxsus qəbul məntəqələrində qurutduqdan sonra növbəti mərhələyə hazırlayırıq - quru tütün yarpaqları müasir texnologiya əsasında təmizlənir, didilir yenidən qurudulduqdan sonra Avropa standartlarına uyğun məhsul hazırlanır. Texnoloji prosesdə Amerikadan, İtaliyadan digər ölkələrdən gətirilmiş müasir avadanlıqlardan istifadə olunur. Tütünçülük rayonda əsasən 2007-ci ildən bərpa edilib - "vircinya" "berley" sortları yetişdirilir. Azərbaycanda tütünə ehtiyac 500 tondan (quru tütün) artıq deyil. Buna görə əsas bazar kimi, xarici ölkələr nəzərdə tutulur.

Cənab Prezident əvvəlki səfərində Aşağı Tala kəndindəki tütün qəbulu istehsalı məntəqəsinə baş çəkib tövsiyələrini vermişdi. Bu gün çox şadam ki, dövlətimizin başçısı zavodumuzun fəaliyyətə başlamasını Azərbaycanda müasir tütün sənayesinin əsası hesab edir.

İyulun 8-də Prezident İlham Əliyev Zaqatalada olarkən süd emalı zavodunun açılışında da iştirak etmişdir. "Gilan" MMC-nin inşa etdiyi bu zavod ölkəmizdəki beş süd emalı zavodundan biridir. Sutkalıq emal gücü 30 ton olan bu zavod da xarici ölkələrdən gətirilmiş müasir avadanlıqlarla təmin olunmuşdur.

Makov kəndindəki süd yığımı məntəqəsinin müdiri, fermer Gülzar Məmmədova ilə söhbət etdik. Gülzar xanım dedi: - 15 ildir ki, bu işlə məşğulam. Üç işçi ilə birgə 7-8 kənddən süd yığırıq. Elə olub ki, sutkada 1 tona yaxın süd yığmışıq. Ancaq alan olmadığına görə bir xeyli hissəsi buzovların qismətinə düşüb. İndi Zaqatalada süd emalı zavodunun açılması fəaliyyətə başlaması məni çox sevindirir. Məntəqəmizə yığılan südü heç bir itki olmadan süd emalı zavoduna veririk. Belə müəssisələrin bölgələrdə yaradılmasına dövlətimiz böyük qayğı göstərir. Bu qayğı yerləri deməkdir, bu qayğı bol keyfiyyətli məhsul deməkdir. Sahibkarlar üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Əməkdar mədəniyyət işçisi Xanım Rəcəbova 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Elə həmin ildən Zaqatala Şəhər Uşaq Kitabxanasının müdiridir. Prezidentin bölgələrə səfərindən ürəkdolusu danışan Xanım Rəcəbova bildirir ki, dövlət başçısının səfərlərindən sonra mədəniyyət evlərinin klubların təmirində, yenidən qurulmasında, həmçinin yeni mədəniyyət, təhsil ocaqlarının tikilib istifadəyə verilməsində xüsusi canlanma yaranır. Bölgələrdə elə bir sahə yoxdur ki, ölkə Prezidenti ona diqqət göstərməsin. İndiki Zaqatala Mualicə-Diaqnostika Mərkəzinin ərazisinin bir zamanlar zibilxana olduğunu qeyd edən Xanım müəllimə Zaqatalanın inkişafından, abadlıq-quruculuq işlərindən, qədim Zaqatala şəhərinin milliliyi, tarixiliyi qorunulmaqla müasirləşməsindən qürurla danışdı. Bildirdi ki, dövlət başçısının bölgəyə səfəri, insanlarla görüşüb söhbət etməsi, görülən işlərə yerindəcə qiymət verməsi insanlarda işgüzarlığı yürüdülən siyasətə inamı daha da artırır. Şəhəri, kəndi abadlaşan, gün-güzəranı yaxşılaşan hər kəs yaxşı bilir ki, bütün uğurların arxasında möhtəşəm dövlət qayğısı dayanır. Zaqatalalılar bu qayğını həmişə hiss edirlər.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.-  8 avqust.- S. 1.