Sinqapur Respublikasının
Prezidenti zati-aliləri
cənab Sellapan Ramanatana
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan
xalqı adından və öz adımdan təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətlərinin inkişafı
dostluq və əməkdaşlıq əlaqələrimizin
genişlənməsi üçün
imkanlar açacaqdır.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 8
avqust.- S. 1.