“Tarix
və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2010-cu il
1 fevral tarixli 947-IIIQD
nömrəli Qanununun tətbiqi ilə əlaqədar
əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. “Tarix
və mədəniyyət
abidələrinin qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
5-ci maddəsinin birinci
hissəsində, 11-ci maddəsinin
ikinci hissəsində,
12-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində, 13-cü maddəsinin
birinci hissəsinin ikinci cümləsində,
18-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin
ikinci hissəsində,
20-ci maddəsinin birinci
hissəsinin ikinci cümləsində, 23-cü maddəsinin
ikinci hissəsində,
25-ci maddəsinin altıncı
hissəsində, 26-cı maddəsinin
birinci hissəsində,
27-ci maddəsinin ikinci
hissəsində və
üçüncü hissəsinin
üçüncü cümləsində
nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu ərazisində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
həyata keçirirlər;
1.2. həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
2. “Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹ 6, maddə 386; 2002-ci il, ¹ 1, maddə 14; 2006-cı il, ¹
9, maddə 743, ¹ 11, maddə
943; 2007-ci il, ¹ 11, maddə
1115; 2008-ci il, ¹ 1, maddə
8, ¹ 6, maddə 498) 2-ci bəndində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. dördüncü abzas
aşağıdakı redaksiyada
verilsin:
“həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və ikinci hissəsində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;”;
2.2. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;”;
2.3. on birinci
abzas aşağıdakı
redaksiyada verilsin:
“həmin
Qanunun 1-ci maddəsinin
beşinci hissəsində
hər iki halda, 13-cü maddəsinin
birinci hissəsinin birinci cümləsində
nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini, 4-cü maddəsinin yeddinci hissəsində, 5-ci maddəsinin
birinci və ikinci hissələrində,
11-ci maddəsinin ikinci
hissəsində, 12-ci maddəsinin
birinci hissəsinin birinci cümləsində
və ikinci hissəsində, 13-cü maddəsinin
birinci və ikinci hissələrinin ikinci cümlələrində,
14-cü maddəsinin birinci
və ikinci hissələrində, 15-ci maddəsinin
ikinci hissəsinin birinci və ikinci cümlələrində,
16-cı maddəsinin birinci
hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin
ikinci hissəsində,
18-ci maddəsinin birinci
hissəsinin birinci cümləsində və
üçüncü hissəsinin
ikinci cümləsində,
19-cu maddəsinin ikinci
hissəsində və
üçüncü hissəsinin
ikinci cümləsində,
20-ci maddəsinin birinci
hissəsinin birinci və ikinci cümlələrində və
ikinci hissəsində,
21-ci maddəsinin ikinci
və üçüncü
hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin
ikinci hissəsində,
25-ci maddəsinin birinci
hissəsinin birinci və ikinci cümlələrində və
altıncı hissəsində,
26-cı maddəsinin birinci
hissəsində, 27-ci maddəsinin
ikinci hissəsində
və üçüncü
hissəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu ərazisində
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
həyata keçirir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 avqust 2010-cu il.
Azərbaycan.- 2010.- 14 avqust.- S. 2.