Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Qax şəhər inzibati ərazi dairəsi tərkibindəki Qax şəhəri ilə həmsərhəd olan Əmircan kənd inzibati ərazi dairəsi tərkibindəki Əmircan kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 172,71 ha, Qum kənd inzibati ərazi dairəsi tərkibindəki Qum kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 39,7 ha, Qax İngiloy kənd inzibati ərazi dairəsi tərkibindəki Qax İngiloy kəndinin ərazisindən 253,4 ha (bunlardan - dövlət mülkiyyətində olan 21,1 haxüsusi mülkiyyətdə olan 232,3 ha) və Qaxbaş kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 31,07 ha torpaq sahələri bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qax şəhərinin inzibati ərazisinə verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 15 avqust.- S. 1.